Bayram gecəsi 1 litr araq içib səs-küy saldı, həbs edildi

Bayram gecəsi 1 litr araq içib səs-küy saldı, həbs edildiNaxçıvanda Yeni il gecəsi xırda xuliqanlıq əməlinə yol vermiş şəxs həbs edilib.
KONKRET.az xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində baş verib. Şəhər sakini polisə müraciət edərək yaşadığı binanın 1-ci mərtəbəsində yaşayan 1976-cı il təvəllüdlü Əhməd Tahirovun (şərti) sərxoş vəziyyətdə səs-küy saldığını və təhqiramiz ifadələr işlətdiyini bildirib.
Hadisə ilə bağlı Şahbuz RPŞ-də araşdırma aparılıb və Ə.Tahirov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Saxlanılan şəxs barəsindəki protokola baxılması üçün məhkəməyə göndərilib.
Şahbuz Rayon Məhkəməsində keçirilən iclasda 48 yaşlı kişi peşman olduğunu deyib: "31 dekabr Yeni il bayramında tək yaşadığım evdə 1 litr araq qəbul etmişdim. Həmin vaxtdan sonra nə etdiyimi xatırlamıram. Yanvarın 1-də məni polis bölməsinə apardılar, 1 gün saxladıqdan sonra buraxdılar. Lakin yanvarın 3-də yenidən şöbəyə çağırdılar. Tutduğum əməldən peşmanam, bir daha spirtli içki qəbul etməyəcəyəm, belə hallara yol verməyəcəyəm".
Zərərçəkən şəxs isə Ə.Tahirovun daha əvvəl də səxroş halda xuliqanlıq əməlləri törətdiyini bildirib.
Şahbuz Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxsə 10 sutka inzibati həbs cəzası verilib.

Hadisə       Tarix: 08 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar apa.az xeberler cəbhədən görüntülər cəbhədən yeni xəbərlər