BBC-nin aparıcısı Paşinyanı biabır etdi - VİDEO

BBC-nin aparıcısı Paşinyanı biabır etdi - VİDEOBBC-nin aparıcısı Paşinyanı biabır etdi - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan BBC-də yayımlanan "Hard talk" verilişində aparıcı Stiven Sakurun sualları qarşısında çətin duruma düşüb.
Oxu.Az-ın məlumatına görə, N.Paşinyan özünün ənənəvi "sülh formulunu" təkrar edib, deyib ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin mövqeyini nəzərə almalıdır.
Aparıcı isə Ermənistanın iyulun ortalarında Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribat törətməsindən, Azərbaycan mövqelərini artilleriya ilə atəşə tutmasından söz açıb.
Aparıcı "Sizin siyasətiniz sülhə nail olunmasına əsaslanmır" replikasını atıb. N.Paşinyan mövzudan yayınaraq, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başladığını iddia edib və fikrini də əsaslandıra bilməyib.
O, mövzunu yenidən Dağlıq Qarabağ münaqişəsinə gətirib və yenə də arqumentini izah edə bilməyib.  
S.Sakur isə N.Paşinyana ötən ilin avqustunda Azərbaycanın işğal altındakı torpaqlarında – Xankəndidə etdiyi çıxışı xatırladıb. Bildirək ki, N.Paşinyan həmin çıxışda "Qarabağ Ermənistandır" demişdi.
"Siz birləşməkdən danışmışdınız, aydındır ki, bu, Azərbaycana qarşı provokasiya idi", - deyə aparıcı iradını səsləndirib.
N.Paşinyan isə mövzuya dəxli olmayan atəşkəsi hansı tərəfin pozması ilə bağlı beynəlxalq mexanizmlərdən söz açıb.
Bunun ardınca isə Dağlıq Qarabağın guya Ermənistana məxsusluğunu çox bəsit və kasad arqumentlərlə əsaslandırmağa çalışıb.
O, öz aləmində tarixə ekskurs edib və yalan məlumatlar çatdırmaq istəyib. Deyib ki, min illər əvvəl Dağlıq Qarabağda erməni əhali yaşayıb və "Artsax" adının orada qədimi olduğunu bildirib.
Aparıcı isə onun cəfəng fikirlərinə müdaxilə etmək məcburiyyətində qalıb:
"Biz sizin min illər əvvəlki tarixinizə gedə bilmərik, söhbət bugünkü reallıqdan gedir", - deyən aparıcı BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd məlum qətnaməni xatırladıb.
Aparıcı BMT-nin Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxması barədə tələbini dilə gətirib.
"Siz isə həmin ərazilərin sizə məxsus olduğundan bəhs edirsiniz. Siz aydın şəkildə deyirsiniz ki, sülhməramlı deyilsiniz", - deyə aparıcı söyləyib.
N.Paşinyan isə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan silahlı qüvvələrinin deyil, erməni özünümüdafiə qüvvələrinin adı çəkilir.
"Reallıq budur ki, münaqişə başlayanda Dağlıq Qarabağın əhalisinin 90 faizi ermənilər idi. Buna görə də Azərbaycan erməniləri oradan çıxarmağa çalışdı, münaqişə də bu andan başladı", - deyə Paşinyan siyasi və tarixi savadsızlığını nümayiş etdirib.
Aparıcı isə Dağlıq Qarabağdan Ermənistana bir neçə yolun çəkildiyini diqqətə çatdırıb, bu amilin beynəlxalq hüququn pozulması halı kimi qiymətləndirilməsini bildirib.
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını deyən N.Paşinyanı isə aparıcı yenidən çətin duruma salıb.
Aparıcı 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla digər ərazilərdə hərbi cinayətlər törətdiyini vurğulayıb.
Aparıcı "Bir çox müstəqil müşahidəçilərin kataloqlarında bu cinayətlər barədə yazılıb. Siz bunlara görə üzr istəyəcəksiniz?" sualını verib.
Baş nazir suala cavab vermək əvəzinə, mövzunu başqa istiqamətə yönəltməyə cəhd edib, deyib ki, Ermənistan həmişə kompromisə hazırdır.
Aparıcı isə bir daha xatırladıb:
"Avropa Məhkəməsinin işlərində Ermənistan ordusunun insan hüquqlarını pozması ilə bağlı məsələlər var. Siz buna görə üzr istəyəcəksiniz?"
Baş nazir konkret cavab əvəzinə Azərbaycanın guya insan hüquqlarını pozmasından danışmağa başlayıb. Aparıcı isə qəzəblə "Mən Azərbaycanla danışmıram, mən sizinlə danışıram" deyib.
Paşinyan Sumqayıt hadisələrindən söz açıb, aparıcı Paşinyanın düzgün cavab verməyəcəyini görərək deyib: "Aydındır, siz üzr istəməyəcəksiniz!"
Verilişdə aparıcı Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla müqayisədə, Ermənistanda koronavirus pandemiyasına nəzarətlə bağlı vəziyyətin bərbad olduğuna işarə edib.
N.Paşinyan isə bildirib ki, pandemiya ilə mübarizədə nəticə çıxarmaq hələ tezdir.
Müsahibədə Ermənistan-Rusiya əlaqələrinə də toxunulub, Paşinyan bildirib ki, Rusiya ölkəsinin strateji tərəfdaşıdır.
Halbuki Paşinyan hakimiyyəti bu günə qədər anti-Rusiya ritorikası göstərib, vəziyyətləri çətinləşəndə isə Moskvanı strateji müttəfiq kimi xarakterizə etməyə başlayırlar.
Ümumilikdə müsahibə əsnasında N.Paşinyan özünün siyasi savadsızlığı ilə yanaşı diplomatik bacarıqsızlığını da nümayiş etdirib.

Aqşin Kərimov

Siyasi       Tarix: 14 avqust 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi qurban bayrami 2026 maşın realiti şou xeber az