Messinin vida matçının tarixi açıqlandı
Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin yığmaya qoşulma vaxtı və gözlənilən vida oyunu barədə danışıb.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Messinin komandaya nə vaxt qoşulacağını açıqlayıb:
"Messi həftənin sonunda, Burkina-Faso ilə yoldaşlıq matçından sonra ölkəyə gələcək. Hərçənd, oktyabrın 3-də oynamaq istəsə, bunu edə bilər", – deyə Skaloni bildirib.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatının gümüş mükafatçısı olan Argentina yığması yaxın günlərdə üç yoldaşlıq görüşü keçirəcək: "Albiseleste" Boliviya (30 sentyabr), Burkina-Faso (3 oktyabr) və Benin (6 oktyabr) seçmələri ilə üz-üzə gələcək.
Diqqətçəkən məqam odur ki, oktyabrın 6-da keçiriləcək Beninlə qarşılaşma Lionel Messinin Argentina milli komandasının formasında son çıxışı olacaq. Əfsanəvi futbolçunun məhz öz vida matçında komandanı kapitan sarğısı ilə meydana çıxaracağı gözlənilir.
Qeyd edək ki, Lionel Messi Argentina milli komandası ilə ümumilikdə 207 oyuna çıxıb və 125 qola imza atıb.
Xidmetler [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar