Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdiMilli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib.
azxeber.com xəbər verir ki, Bəyanatda deyilir:
"Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələb edən BMT TŞ-nin 4 qətnaməsi və digər sənədləri özü icra edib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil edib. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızın böyük bir hissəsinin azad edilməsinə, yeni siyasi reallıqların yaranmasına və regionda yeni geosiyasi vəziyyətin formalaşmasına gətirib çıxarıb.
Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünün təmin olunması və işğal edilmiş torpaqların azad edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını təmin edib.
Bu tarixi Qələbənin əldə edilməsi uzun illər ərzində dövlətimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, müdafiə potensialının artırılması, müasir və mütəşəkkil ordunun yaradılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və tarixi şüurunun dərinləşdirilməsi istiqamətində məqsədyönlü şəkildə aparılan işlərin nəticəsi olub.
44 günlük Vətən müharibəsində Qələbənin ən mühüm amili Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi olub. Döyüş əməliyyatlarının gedişi şəraitində dövlət idarəçiliyinin, Ordunun və cəmiyyətin birliyi, operativ qərarlar qəbul etmək və qarşıya qoyulmuş məqsədlərə nail olmaq qabiliyyəti mühüm rol oynayıb.
Onun nümayiş etdirdiyi sərkərdəlik məharəti, sarsılmaz siyasi iradəsi və strateji düşüncəsi müəyyən olunmuş hədəflərin əldə edilməsinə müstəsna töhfə verib.
Hərbi Qələbə Vətən qarşısında hərbi borcunu şərəf və ləyaqətlə yerinə yetirən Azərbaycan əsgər və zabitlərinin mərdliyi və qəhrəmanlığı sayəsində əldə edilib. Azad olunmuş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətinin şahidi olub. Bir çox hərbi qulluqçular "Vətən Müharibəsi Qəhrəmanı" adına və digər yüksək dövlət mükafatlarına layiq görülüblər.
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün canından və qanından keçmiş Azərbaycan oğullarının mərdliyi və qəhrəmanlığı xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biridir.
Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarını kobudcasına pozaraq mülki əhaliyə qarşı dəhşətli cinayətlər törədiblər.
Cəbhə xəttindən uzaqda yerləşən şəhər və qəsəbələrə ballistik raketlər və qadağan olunmuş silahlar, o cümlədən kaset tipli döyüş sursatları ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.
Bu qanlı cinayətlər nəticəsində yüzlərlə insan, o cümlədən 100-dən çox mülki şəxs həlak olub, 450-dən çox insan yaralanıb.
Düşmənin törətdiyi əməllərə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn normalarına riayət edib, düşmənin hərbi qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasının qarşısını almağa çalışıb.
Torpaqlarımız döyüş meydanlarında qəhrəmancasına şəhid olmuş hərbçilərimizin, əsgər və zabitlərimizin, qazilərimizin canı və qanı bahasına azad edilib.
2020-ci ilin payızında başlanmış hərbi-siyasi proseslər üç il sonra davam etdirilib. 2023-cü il sentyabrın 19-dan 20-dək keçirilən birgünlük antiterror əməliyyatının nəticəsində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin fəaliyyətinə son qoyulub, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib.
Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub.
Azərbaycan xalqının ictimai şüurunda 27 Sentyabr – Anım Günü, 8 Noyabr – Zəfər Günü və 20 Sentyabr – Dövlət Suverenliyi Günü mahiyyətcə fərqli məna daşıyır.
Anım Günü azadlığımızın hansı qurbanlar hesabına əldə edildiyini xatırladır. Zəfər Günü ədalətin təntənəsini təcəssüm etdirir. Dövlət Suverenliyi Günü isə Azərbaycan dövlətinin suveren hüquqlarının onun bütün ərazisində bərpa olunduğunu ifadə edir.
Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin sosial müdafiəsini, tibbi yardımını, mənzil təminatını və digər sosial məsələlərini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə məqsədyönlü və davamlı tədbirlər həyata keçirir.
Ölkədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ardıcıl işlər aparılır. Memorial komplekslər, abidələr və heykəllər yaradılır, küçələrə və yaşayış məntəqələrinə müharibə iştirakçılarının və qəhrəmanlarının adları verilir.
Azərbaycan Respublikası Milli Məclisi Vətən naminə canını qurban vermiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını təhlükəyə ataraq böyük Qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizin qəhrəmanlığını yüksək qiymətləndirir.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və qəhrəmanlığın ən yüksək təzahürü kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı heç zaman unudulmayacaq, xalqımızın və dövlətçilik tariximizin şərəfli səhifəsi kimi daim xatırlanacaq.
Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ən böyük abidədir".

Siyasi       Tarix: 01 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Azərbaycan Vətən müharibəsi dövründə mövqeyinə görə Vyetnama dərindən minnətdardır

Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Bu sözləri Preziden

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda

Ermənistanda həbsxanada ölən siyasətçi ilə bağlı mübahisə böyüyür

Ermənistan parlamentinin rəhbəri Ruben Rubinyan müxalifətçi siyasətçi Arsen Gevorqyanın həbsxanada ölümünün siyasiləşdirilməsinə qarşı çıxıb. "Armenpress"ə istinadən xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamenti

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, ilk növbədə, Almaniya Federati

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə səfirliyin X-dəki hesabında paylaşım olunub. "Qardaş Azərbaycanı 17 Noyabr Milli Dirçəliş Gün


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun