Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
"Gecə yuxusunun kifayət qədər olmaması yaşlı insanlarda bir sıra sağlamlıq problemlərinin yaranma riskini artıra bilər. Xüsusilə uzunmüddətli yuxu çatışmazlığının Alzheimer xəstəliyi və şəkərli diabetlə əlaqəli ola biləcəyi bildirilir".
Bunu nevroloq, somnoloq və tibb elmləri namizədi Elena Tsareva "Moskva 24"ə açıqlamasında deyib.
Mütəxəssisin sözlərinə görə, 55 yaşdan sonra orqanizmdə melatonin hormonunun səviyyəsi əhəmiyyətli dərəcədə azala bilər. Bu isə yuxuya getməyi çətinləşdirir, gecə yuxusunun müddətinin qısalmasına və daha səthi olmasına səbəb olur.
Bundan başqa, yaşla əlaqədar yaranan xroniki xəstəliklər və onların yaratdığı narahatlıqlar da gecə istirahətinə mənfi təsir göstərə bilər.
Həkim vurğulayıb ki, insanın keyfiyyətli yuxuya olan ehtiyacı yaş artdıqca aradan qalxmır.
Eyni zamanda, tələb olunan yuxu müddətinin hər kəs üçün eyni olmadığını qeyd edən Tsareva bildirib ki, sağlam insanların əksəriyyətinə təxminən 8,5–9 saat yuxu kifayət edir. Lakin bəzi insanlar üçün 4–5 saat yuxu yetərli olduğu halda, digərlərinin 12 saata qədər istirahətə ehtiyacı ola bilər.
Somnoloq insanın mütəmadi olaraq 4 saatdan az və ya 12 saatdan çox yatdığı hallarda həkimə müraciət etməsini tövsiyə edib.
Onun sözlərinə görə, yuxuya mütləq müəyyən saatda getməyə özünü məcbur etmək də düzgün deyil. Belə yanaşma əksinə, narahatlığı artıra və yuxuya getmə prosesini çətinləşdirə bilər.
Yuxu rejiminin normallaşdırılması üçün mütəxəssis hər gün təxminən eyni vaxtda oyanmağı tövsiyə edir. Həmçinin mümkün olduğu qədər gün ərzində yatmaqdan çəkinmək məsləhət görülür. Çünki gündüz yuxusu gecə saatlarında tam və keyfiyyətli istirahətə mane ola bilər.
/baku.ws / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir