BDU-də Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyinə həsr edilmiş "Respublika Hüquq Olimpiadası" keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyinə həsr edilmiş "Respublika Hüquq Olimpiadası" keçirilmişdir. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində keçirilən Olimpiada bu formatda hüququn bütün əsas sahələrini əhatə edən Olimpiada olaraq respublikamızda ilk dəfədir ki, keçirilir.
Fakültənin Tələbə Gənclər Təşkilatı olaraq çox qısa bir müddət ərzində olimpiadanın bütün təşkilati işləri tərəfimizdən həyata keçirilmişdir.
Vaxtın məhdud olmasına baxmayaraq olimpiada yüksək səviyyədə təşkil olunaraq iştirakçılar və tədbirimizin qonaqları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Olimpiadada hər komandada 5 nəfər olmaqla, 7 komanda şəklində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak etmişlər.
Gərgin mübarizə şəraitində keçən olimpiadanın yekununda Milli Aviasiya Akademiyasını təmsil edən komanda münsiflər heyəti tərəfindən qalib elan edilmişdir. Olimpiadada diqqət çəkən məqamlardan biri də Bakı Dövlət Universiteti və Polis Akademiyasını təmsil edən komandaların eyni nəticə göstərərək 2-ci yeri paylaşmaları olmuşdur.Dövlət İdarəçilik Akademiyasını təmsil edən komanda isə 3-cü yeri tutmuşdur. Respublika Hüquq Olimpiadasında iştirak etmiş komandalar müvafiq hədiyyə, sertifikatlar və diplomlarla mükafatlandırılmışlar.
Layihənin ərsəyə gətirilməsində bizə həm təşkilati həm də mənəvi dəstəy olan hörmətli dekanımız Zaur Aliev müəllimə,dəyərli Esmer Aliyeva xanıma və təşkilati heyətin üzvləri olan bütün müəllimlərimizə dərin minnətdarlığımızı bildiririk!
Və başda müavinlərimiz: Ziyəddin İsmayılov,Khadija Bashirova,Hamida Sadıqova olmaqla,olimpiadanın həyata keçirilməsinə böyük əmək sərf edən komandama təşəkkürlərimi bildirirəm!
Sonda isə olimpiadanın həyata keçirilməsində bizə dəstəy olmuş dəyərli partnyorlarımıza:Mirzayev & Partners Law Firm, Adem Memmedov, Civillex, Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosu, VLM And Partners təşəkkürlərimizi bildiririk!



/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi