BDU tələbəsinin ölüm işi: Təcili yardım həkimi hakim qarşısına çıxarılır

BDU tələbəsinin ölüm işi: Təcili yardım həkimi hakim qarşısına çıxarılırBakı təcili tibbi yardım stansiyasının həkimi Ramiz Cəfərov hakim qarşısına çıxarılacaq. O, çağırış zamanı Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü ilə nəticələnən hadisədə səhlənkarlıq etməkdə ittiham olunur.
Open.az xəbər verir ki, bu barədə Oxu.Az-a BDU-nun tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın atası Faiq Xasmətovun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı məlumat verib.
Onun sözlərinə görə, iyunun 2-də Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə R.Cəfərova qarşı açılmış cinayət işinə baxılması üçün hazırlıq iclası keçiriləcək.
Xatırladaq ki, ötən il noyabrın 21-də universitetin tələbələri Şəkər Xasmətova, Dilruba Quliyeva və Həmidə İbadovanın Mətbuat prospektində yerləşən BDU yataqxanasında zəhərləndiyi barədə xəbər yayılıb. Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyənləşdiriblər, vəziyyəti ağır olan digər iki qız 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib və bir neçə gün sonra xəstəxanadan buraxılıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Əvvəl tələbənin qida zəhərlənməsi nəticəsində öldüyü təxmin edilib. Bununla yanaşı, cəsədin patoloqoanatomlar tərəfindən araşdırılmasından və bir sıra digər istintaq tədbirlərindən sonra əməliyyat qrupu qızların naməlum mənşəli maddə ilə zəhərləndikləri barədə ilkin nəticəyə gəliblər.
Dörd ay sonra tələbənin ölümünün səbəbinin divardakı çatdan keçən dəm qazının olması müəyyən edilib.
Ş.Xasmətovanın yatağı ölümcül zəhərlənməsinə səbəb olan divardakı çatın yanında olub.
Qeyd edək ki, 20 noyabr axşamı qızlar özlərini pis hiss edib, təcili yardım çağırıblar. Çağırışa gələn həkim R.Cəfərov və tibb bacısı onlara müayinə zamanı sonradan qanlarında tapılan dimedrol inyeksiyası ediblər və yalnız şifahi olaraq onlara özləri ilə birlikdə xəstəxanaya getmələrini bildiriblər. Tələbələr inyeksiyadan sonra vəziyyətlərinin yaxşılaşacağına inanaraq, bundan imtina ediblər. Həkim onları xəstəxanada yatırmaqda israr etməyib, halbuki, xəstəliyin səbəbini bilmədiyi üçün bunu etməli idi. Növbəti gün səhər saat 11:00-da yenidən təcili yardım çağırılıb. Lakin bu zaman Ş.Xasmətova artıq həyatını itirmişdi.
Ekspertizanın nəticəsinə görə, dimedrol zəhərlənmənin klinik əlamətlərinin inkişafını sürətləndirib və tələbənin ölümünə səbəb olub.
Vəkil bildirib ki, həkimlə bağlı cinayət işi ayrıca icraata götürülüb.
Ancaq müdafiə tərəfi iddia edir ki, baş verənlərə görə nəinki həkim, həmçinin yataqxana, universitet rəhbərliyi, Yasamal rayonunun Qaz İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin ərazi şöbəsi məsuliyyət daşıyır.
"Burada kasıb ailələrdən olan gənclər yaşayır. Tələbələrin yaşadıqları şərtlər, yumşaq dillə desək, dəhşətli, son dərəcə səfil vəziyyətdədir, bu divarlar uzun illərdir hətta kosmetik təmir belə olunmayıb", - deyə vəkil qeyd edib.

Hadisə       Tarix: 01 iyun 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib. xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Qəza səbəbindən metronu

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az dunyada son xeberler siyaseti xeberler bugun oxu.az xeberler