Bəhlul Mustafazadənin yeni klubu bəlli oldu
Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin yeni klubu müəyyənləşib. 29 yaşlı futbolçunun karyerasını Çində davam etdirəcəyi bəlli idi. Artıq onun əsas müştərisi də dəqiqləşib.
KONKRET.az xəbər verir ki, həmyerlimiz Çin Super Liqasında mübarizə aparan "Şençjen Penq Siti" ilə anlaşmaq üzrədir. Mustafazadənin transferi ilə bağlı bütün detallar müəyyənləşib. "Qarabağ" bu keçiddən müəyyən məbləğdə gəlir əldə edəcək. Futbolçu özü də yaxın günlərdə Çinə yollanaraq münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, 2017-ci ildə yaradılan "Şençjen Penq Siti" ilk ilində Həvəskarlar Liqasından II Liqaya yüksəlib. Orada da iki mövsüm çıxış edən komanda 2020-ci ildə I Liqaya vəsiqə əldə edib. "Şençjen Penq Siti" 2023-cü ildə I Liqanın çempionu kimi Super Liqaya yüksəlib. Komanda 16 komandalı çempionatda 2024-cü ildə 14-cü, 2025-ci ildə isə 12-ci yeri tutub.
Çin millisinin sabiq futbolçusu Çen Taonun baş məşqçilik etdiyi "Şençjen Penq Siti"də əsasən yerli oyunçular çoxluq təşkil edir. Komandada həmçinin 2 braziliyalı və 1 israilli futbolçu da var. /Futbolinfo/
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA