"Bəhram Bağırzadə iki gündür süni tənəffüs aparatından ayrılıb"

"Bəhram Bağırzadə iki gündür süni tənəffüs aparatından ayrılıb""Bəhram Bağırzadənin vəziyyəti qənaətbəxşdir".
Open.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi"nin rəisi Rəşad Mahmudov bildirib.
O qeyd edib ki, uzun müddətdir, heç kəsin ümidi olmadığı halda üzərində müalicələr aparılıb və EKMO cihazından ayrılandan sonra uzun müddət süni tənəffüs aparatında qalıb: "Son iki gündə süni tənəffüs aparatından ehtiyac olmadan, tamamilə ayrılmış vəziyyətdədir. Realibitasiya işləri davam etməkdədir. Yəqin ki, tibbi nöqteyi-nəzərdən təhlükəsizliyi tam şəkildə təmin olduqdan sonra qısa müddət içərisində palataya yerləşdiriləcək. Analizlərin nəticələrinə görə bədənin ümumi parametrləri normaldır. Lakin uzun müddət reanimasiyada dərin koma vəziyyətində yatdığına görə orqanizmin fiziki olaraq da normal vəziyyətə gəlməsi üçün vaxta ehtiyac var. Düşünürəm ki, Bəhram Bağırzadə problemsiz şəkildə yaxın günlərdə sevdikləri ilə görüşə biləcək".
R. Mahmudov bildirib ki, B.Bağırzadə danışa bilir: "Əlbəttə ki, traxeostoma var. Buna görə səs istənilən kimi çıxmaz. Tam ayılandan sonra istədiyi kimi danışacaq.
Qeyd edim ki, Bəhram Bağırzadənin bir neçə gün əvvəl ilk olaraq Birinci vitse-prezident Mehriban Əliyeva ilə danışıb, göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Bəhram Bağırzadə hamının tanıdığı şəxs, ümidin olmadığı vəziyyətdə olduğuna görə bu qədər gündəmə gəldi. Amma unutmamaq lazımdır ki, xəstəxanada yüzlərlə o cür xəstə var. Dünyada tibbin qəbul etdiyi, COVID-in müalicəsində bilinən və bilinməyən çoxlu fərqli düşüncə və metodlar var. Bunlar hər kəsə tətbiq olunur. Sadəcə, bu barədə mediaya hər gün, davamlı məlumat vermək doğru sayılmır".
Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.
Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Şou Biznes       Tarix: 17 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta cəbhədən video kriminal bugun sonxabar