Bəhram Bağızadənin həyat yoldaşı: "Vəziyyəti stabildir"
Bəhram Bağırzadənin vəziyyəti dünənkindən bu yana stabildir, hələ ki, yaxşılaşmadan söhbət gedə bilməz.
Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında, Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
O bildirib ki, Bəhram Bağırzadəyə ağciyər köçürülməsi söhbəti yoxdur: "Hazırda durumu stabildir. Sadəcə, dua edirik ki, səhhəti düzəlsin".
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Milli.Az /news.milli.az

Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü
Ərdoğan məktəb qətliamı barədə: "Bu acının siyasəti olmaz!"
Rusiyadan bu ölkələrə SƏRT MESAJ - RƏSMİ
Azərbaycanla bağlı sualı bilmədiyinə görə üzr istədi
Netanyahudan TƏCİLİ ANONS: "Müharibə hər an yenidən başlaya bilər"
İrana belə bir təklif etməmişik - Ağ Ev
Britaniya Baş naziri Trampın təzyiqlərinə boyun əyməyəcək
İlham Əliyev Türkiyəyə işgüzar səfərə getdi - FOTOLAR
Eminem və Şakira Qazaxıstana gəlir
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngilanda - FOTO
Kompensasiya məsələsində razılıq əldə olunması, siyasi dialoqun effektivliyinin göstəricisidir' - Deputat
Prezidentdən deputatla bağlı - Sərəncam
Şakira konsert üçün şərtlərini açıqladı
Lənkəranda eyni ərazidə iki qəza baş verib - ölən və yaralılar var
Aytac Könül Kərimovanın mahnısını oxudu - Bu dəfə dəstək verdi