Belarusda ölüm cəzası veriləcək
Belarusda terror aktlarına cəhdə görə ölüm cəzası tətbiq ediləcək.
KONKRET.az Belarus KİV-ə istiandən xəbər verir ki, ölkədə parlamentin yuxarı palatası ölüm hökmünün tətbiqini genişləndirən düzəlişləri təsdiqləyib.
Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Belarusda nüvə enerjisi obyektlərindən, radioaktiv maddələrdən və ya nüvə materiallarından, kimyəvi və ya bioloji maddələrdən istifadə etməklə terror aktına cəhd edən şəxslər barəsində ölüm hökmü çıxarılacaq.
Bundan əlavə, adam öldürməyə cəhdə görə də ölüm hökmü verilə bilər. Belə ki, beynəlxalq fəsadlar və ya müharibə törətmək məqsədilə xarici dövlətin və ya beynəlxalq təşkilatın nümayəndəsinin öldürülməsi, habelə hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək, əhalini qorxutmaq, ictimai asayişi pozmaq məqsədilə dövlət və ya ictimai fəaliyyəti ilə əlaqədar dövlət və ya ictimai xadimin öldürülməsinə görə edam tətbiq oluna bilər.
Qeyd edək ki, Belarus Avropada müstəsna cəza tədbiri kimi ölüm hökmünün saxlanıldığı yeganə ölkə olaraq qalır. Belarusda edam güllələmə metodu ilə tətbiq olunur.//Report
Xidmetler [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib