Belçika səfiri: ""Cənub Qaz Dəhlizi" Avropanın qaz bazarında rəqabəti gücləndirəcək"

Belçika səfiri: ""Cənub Qaz Dəhlizi" Avropanın qaz bazarında rəqabəti gücləndirəcək"Azərbaycan qazının Avropaya nəqlini təmin edən "Cənub Qaz Dəhlizi" Avropa qaz bazarında rəqabəti artıracaq.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Belçikanın Azərbaycan, Gürcüstan və Türkmənistandakı səfiri Bert Şufs deyib.
Səfir bildirib: "Enerji sektoru Belçika-Azərbaycan iqtisadi əməkdaşlığının əsas strateji elementidir. Bununla əlaqədar olaraq hesab edirəm ki, 2020-ci il "Cənub Qaz Dəhlizi"nin tam istismara veriləcəyi vacib bir ildir. Belçika şirkəti "Fluxys" "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində 19 faiz paya sahibdir. "Fluxys" qaz istehsalçısı və ya istehlakçısı deyil - şirkət, əsasən qaz infrastrukturuna sahibdir. Bu mənada Azərbaycanın SOCAR Dövlət Neft Şirkəti və "Fluxys" səmərəli əməkdaşlıq edir və onların fəaliyyəti bir-birini tamamlayır".
Şufs qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin əsas nailiyyəti qazı Azərbaycandan və sonda bölgənin digər ölkələrindən Avropaya nəql etməkdir.
Səfir əlavə edib: "Bu, Avropa ölkələrini digər qaz dəhlizlərinə alternativ keçidini təmin etmək baxımından vacibdir. "Cənub Qaz Dəhlizi" Avropa qaz bazarında rəqabəti artıracaq. Azərbaycan öz qazını ixrac edir və ərazisi digər ölkələrdən qaz tranziti üçün istifadə edilə bilər".
Bir sıra Belçika şirkətlərinin Azərbaycanın enerji sektorunda subpodratçı olduğunu qeyd edən Şufs, bərpa olunan enerji mənbələri sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini də vurğulayıb.
O əlavə edib: "Naxçıvan Muxtar Respublikasında 2016-cı ildən fəaliyyət göstərən ən böyük günəş elektrik stansiyası Belçikanın "Soltech" şirkətinin texnologiyası ilə təchiz edilib. "Soltech" və digər Belçika şirkətləri Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak etməkdə çox maraqlıdırlar".
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz-2" yatağının işlənməsi çərçivəsində istehsal olunan Azərbaycan qazının Türkiyə üzərindən Avropaya daşınması üçün boru kəməri infrastrukturunun yaradılmasını təmin edir.
Layihənin əsas komponentləri "Şahdəniz-2", "Bakı-Gürcüstan-Türkiyə sərhədi" Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərqindən qərb sərhədlərinə qədər "Trans-Anadolu qaz kəməri"nin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubundakı Adriatik dənizini birləşdirən "Trans-Adriatik qaz kəməri"nin (TAP) inşasıdır.
2020-ci ilin oktyabr ayından etibarən Azərbaycan qazının Avropaya 10 milyard kubmetr həcmində tədarükü gözlənilir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 09 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri valyuta mezennesi