Belə limonu almayın - Seçəndə nələrə diqqət yetirilməlidir
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər.
Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqət yetirilməli olduğunu açıqlayıb.
Mütəxəssis qabığı zədələnmiş limonları almamağı tövsiyə edir. Onun sözlərinə görə, qabıqdakı kiçik bir zədə belə kif göbələyinin meyvəyə daxil olmasına şərait yarada bilər.
Mağazada problemin yeganə görünən əlaməti qabığın müəyyən hissəsinin süngər kimi yumşalması ola bilər. Sonradan isə həmin sahədə çürümə və kif sürətlə inkişaf edə bilər. Buna görə də limonun yalnız rənginə baxmaq kifayət etmir.
Qoxusuna da diqqət edin
Qautam bildirir ki, xarab olmağa başlayan limonun özünəməxsus, qeyri-adi qoxusu olur. Lakin mağazada müxtəlif qoxular bir-birinə qarışdığından bunu hiss etmək çətinləşə bilər.
Limonun qoxusu xoşagəlməzdirsə, onu almamaq məsləhətdir. Bu üsul çiyələk də daxil olmaqla digər meyvələri seçərkən də faydalı ola bilər.
Mütəxəssisin sözlərinə görə, kiflənmənin qarşısını almaq üçün limonlara yığımdan sonra göbələk əleyhinə vasitələr tətbiq olunur. Bununla belə, alış zamanı meyvənin qabığını və ümumi vəziyyətini yoxlamaq vacibdir.
Daha yaxşı limonu necə seçməli?
Qabığında zədə, sulu ləkə, görünən kif və dərin əziklər olmayan limonlara üstünlük vermək lazımdır. Qautam əlavə olaraq qabığın möhkəm olmasına və meyvənin ölçüsünə görə ağır gəlməsinə diqqət yetirməyi tövsiyə edir.
///lent.az///

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama
Fransa yeni nüvə raketini sınaqdan keçirdi
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Bu faciə ilə üzləşmiş ailələrə hərtərəfli dəstək göstəriləcək – Prezident
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi
AKP-dən Azərbaycanla bağlı son dəqiqə açıqlaması: "İmkan verməyəcəyik"
"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama
Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Qol və ayaqlardakı bu simptom xərçəngin əlamətidir?
Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
Bu şəxslərə maaşın 25 mislinədək mükafat veriləcək
İran polisi Zahidanda iki mülki şəxsi gülələdi