Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə

Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib.
KONKRET.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Çinin paytaxtı Pekində Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) IV İnkişaf Forumu çərçivəsində keçirilən yüksək səviyyəli dəyirmi masada çıxış edib.
Deputat çıxışı zamanı Azərbaycanda kosmik sənayenin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri və dövlət-özəl tərəfdaşlığı imkanları barədə məlumat verib. Həmçinin ölkəmizin son illərdə rəqəmsal inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər, əldə olunan nailiyyətlər və kosmik sahədə qanunvericiliyin gücləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
V.Bayramov qeyd edib ki, "Kosmos sülh üçün" prinsipinə uyğun olaraq Azərbaycan kosmik xidmətləri vasitəsilə regionda sülhün möhkəmlənməsinə töhfə verir. Onun sözlərinə görə, kosmik xidmətlər dayanıqlı iqtisadi inkişafın mühüm amillərindən birinə çevrilir.
Deputat Azərbaycanın kosmik xidmətlərinin ixrac göstəricilərinə də toxunub. Bildirib ki, "Azərkosmos" "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya peykləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada yerləşən 50-yə yaxın ölkədən 200-ə yaxın müştəriyə xidmət göstərir.
2026-cı ilin yanvar-avqust aylarında dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə 17,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Həmin dövrdə ümumi gəlirlərin 61 faizi ixrac əməliyyatlarının payına düşüb.
Peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşlikdə Birləşmiş Krallıq (2,8 milyon dollar), Lüksemburq (2,1 milyon dollar), Türkiyə (874,7 min dollar), Pakistan (776,5 min dollar) və Tanzaniya (437,2 min dollar) qərarlaşıb.
V.Bayramov əlavə edib ki, forum iştirakçılarının kosmik sahədə dövlət siyasəti və dövlət-özəl tərəfdaşlığı ilə bağlı suallarını da cavablandırıb.
Qeyd edək ki, "Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması" mövzusuna həsr olunan forumda dünyanın 30-dan çox ölkəsindən 300-dən artıq nümayəndə iştirak edir.

Sosial       Tarix: 20 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda qadını avtomobil vurdu

Sumqayıtda piyadanı avtomobil vurub. Hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən qadını VAZ markalı minik avtomobili vurub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırm

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat

Sumqayıt Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vəzifəsindən azad edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmr imzalayıb. O, direktorun başqa bi

Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ixracatçıların nəqliyyat xərclərinin 73 faizə qədər hissəsinin dövlət tərəfindən kompensasiy

Samuxda ölümlə nəticələnən yol qəzasının təfərrüatı məlum olub – Yenilənib

Samux rayonu ərazisində baş verən ağır yol qəzasının təfərrüatı məlum olub. "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb. Belə ki, "Chevrolet Niva"

Azərbaycan nefti kəskin bahalaşdı

Dünya enerji bazarlarında 2026-cı il 16 noyabr tarixində cari ticarət göstəricilərinə əsasən neft qiymətlərində müxtəlif dinamika müşahidə olunub. . xəbər verir ki, ABŞ-ın xam nefti olan "WTI Crude" markalı nefti

Müzəffər İsayev vəfat etdi

Azərbaycanda müəllim vəfat edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Müzəffər Əmirxan oğlu İsayev dünyasını dəyişib. /

Azərbaycanın 2027-ci il büdcəsi: Gəlirlər və xərclər bəlli oldu

Milli Məclisin bugünkü plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki , layihəyə əsasən

DİM sədrliyindən BDU-nun rektorluğuna - Məleykə Abbaszadənin dosyesi

Prezident İlham Əliyevin Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin yeni rektoru təyin edilib


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər maliyye xeberler bugun xeberler bu qun son xəbərlər