"Belələri dinsiz, imansızdır" - Tanınmış fitoterapevtdən hicamaya qarşı çıxanlara SƏRT CAVAB

Son illərdə hicama üsulu ilə müalicənin ölkəmizdə geniş yayıldığını və insanlar arasında ildən-ilə buna böyük maraq yarandığını heç kim dana bilməz. Bunun da əsas səbəbi təbii ki, bu qədim müalicə üsulunun çox effektli olmasıdır. Təsadüfi deyil ki, müxtəlif xəstəliklərin müalicəsində (baş ağrıları, hipertoniya, allergiya, dəri səpgiləri, kürək və bel ağrıları, ödemlər, əzələ ağrıları, astma və s.) hicamanın müsbət təsirləri əksər xəstələr tərəfindən dönə-dönə vurğulanır. Lakin maraqlıdır ki, bu müsbət tendensiyaya rəğmən bəzi həkimlər ücüz və asan başa gələn, daha effektiv olan belə bir müalicə metoduna qarşı çıxırlar. Bu yaxınlarda hicama ilə bağlı ən kəskin mövqe bildirən həkim-nevroloq Qalib Əsədovun açıqlamaları da geniş rezonans doğurub. Həkimin kəskin tənqidi fikirləri cəmiyyətdə çaşqınlıq yaradıb. Eyni zamanda,  bu müalicə metodunu tətbiq edən tibb işçilərini "dələduz və şarlatan" adlandırması heç də birmənalı qarşılanmayıb, onun özünə qarşı əks-effekt yaradıb.
KONKRET.az insanları mövzu ilə bağlı düşündürən suallara tanınmış fitoterapevt Füzuli Hüseynovla aydınlıq gətirməyə çalışıb.
– Həkim, Qalib Əsədov qəti əminliklə bildirir ki, hicamanın heç bir faydası yoxdur. Siz nə deyirsiniz?
– Hicama xalqın müalicəsidir. Buna kimsə kimisə təhrik eləmir. Yəni insan bunu bir dəfə elətdirir və sevir, sonra da daimi olaraq müalicəsini davam etdirir. Hicamanın profil sahəsi o qədər genişdir ki, xəstəliklərin 50 faizini əhatə edə bilir. Məsələn, təzyiqi olan təzyiqini normada saxlamaq üçün mütəmadi hicama etdirir. Baş ağrıları, miqren olanlar başından iki-üç dəfə hicama etdirməklə bu ağrılardan tamamilə qurtulmuş olur. Osteoxondroz olanlar mütəmadi olaraq hər 2-3 aydan bir hicama elətdirir və özlərini çox rahat hiss edir. Ona görə də hicama insanlar tərəfindən sevilir.
Təəssüf ki,  adını çəkdiyiniz şəxs kimi yüzlərlə həkim, alim, professor var ki, bunu boş şey adlandırır. Belələrinin bəlkə də hicama haqqında dəqiq məlumatı yoxdur. Onlar deyə bilər ki, bu, ibtidai icma quruluşunun təbabətidir, şaman müalicəsidir və s. Kimin müalicəsi olursa-olsun, nə fərqi var?! Əsas məsələ odur ki, insanlar bunun effektini görür, sevə-sevə də davam etdirir. Və bunu insanların əlindən heç kim ala bilməz.
– Bu müzakirələrdə səsləndirilən əsas fikirlərdən biri də hicamanın elmdə sübut olunmaması ilə bağlı arqumentlərdir…
– Doğrudur, hicama elm tərəfindən çox da araşdırılmır. Niyə? Çünki bu, dərman biznesi ilə məşğul olan kapitalizm biznesmenlərinə sərf eləmir. Məsələn, Türkiyədə haradasa 1960-70-ci illərə qədər insanlar hər bir xəstəlikdə kütləvi şəkildə hicama elətdirirdilər. Sonra dərman sənayesi inkişaf elədikcə hicamanın qarşısını almağa başladılar. Hicama edənləri və etdirənləri kütləvi şəkildə həbs elədilər. Daha asan və ucuz başa gələn hicamanın qarşısını ona görə alırdılar ki, insanlar dərman içsinlər. Yəni bu müalisə metodu elmə sərf eləmir. Elmə deyəndə ki, kapitalizm dünyasına. Pul qazanmırlar axı. Ona görə də hicamanı araşdırmır, üstündən yan keçirlər. Amma kor-kor, gör-gör, müalicə edən insan faydasını görür. Ən əsası da odur ki, əlavə xərcə düşmür.
– Türkiyə ilə bağlı maraqlı məqama toxundunuz. Hazırda orada hicamanın tətbiqi ilə əlaqədar vəziyyət necədir?
– İndi orada hələ də bir çox klinikalarda qadağalar var. Amma özəl olaraq bizdəki kimi orada da böyük hicama mərkəzləri fəaliyyət göstərir və dövlət onlara heç bir problem yaratmır. Ona görə də kütləvi şəkildə yayılır.
– Ola bilərmi ki, ölkəmizdə də kütləvi şəkildə yayıldığına görə bəzi inhisarçıları, maraqlı şəxsləri narahat edir?
– Bəli. Elədir. Bizdə də hicama inkişaf etdikcə, yayıldıqca ortalığa onun əleyhinə danışan çox adam çıxacaq. Deyərdim ki, adını çəkdiyiniz şəxs də bu insanların başında duran biridir. Mənim dəfələrlə bununla bağlı polemikalarım olub. Yəni adam bildi-bilmədi, araşdırdı-araşdırmadı, gözünü yumub, ağzını açır. Məsələn, deyir ki, zəli də araşdırılmayıb, müalicəsi heç bir effekt vermir. Bilirsən ki, bu adam çox savadsız danışır. Çünki zəlinin ağzında 125 aktiv maddə tapılıb. Məsələn, Türkiyə dövləti ildə 9 ton zəli satırdı. Gördü ki, özündə təbii ehtiyatlar azalıb, kvotanı 6 tona saldı. Hətta Azərbaycan ildə 1 ton xaricə zəli satır. Yəni bütün dünya hazırda zəlidən aktiv şəkildə istifadə edir. Amma bu şəxs deyir ki, zəli boş şeydir, heç bir yerdə istifadə olunmur. Sizə deyim ki, Amerikada Hollivud ulduzları belə dərilərini cavan, parlaq və elastik saxlamaq, sızanaqları yox etmək, qırışların qarşısını almaq məqsədilə üzünə zəli qoydurur. Ayaqlarına zəli qoydururlar ki, qırışlar əmələ gəlməsin. Həmçinin varikoz və damar keçiriciliyi üçün ideal müalicə üsuludur. Amma bu adam bütün bunları inkar edir, kiminsə marağı naminə danışır.
– Prosedur zamanı istifadə edilən alətlərlə bağlı da təzadlı fikirlər səsləndirilir. Alətlərin sterilizə edilmədiyi, bir çox təhlükəli virusların daşıyıcısı olduğu deyilir. Nə qədər əsaslıdır?
– Tamamilə absurd fikirlərdir. Və hicama elətdirənlərin hamısı bilir ki, bu adam yalan danışır. Çünki indiki dövrdə mərkəzlərin hamısında istifadə olunan bütün alətlər – banka da, kəsici skalpellər də birdəfəlikdir. Hamısı bir dəfə istifadə olunub atılır. Görünən odur ki, adam bu müalicə üsulunu qaralamaq üçün bilmir nə desin (gülür).
– Bildiyimizə görə, siz Azərbaycanda hicama ilə bağlı yazılan yeganə kitabın müəllifisiniz. Mümkünsə, bu müalicə üsulunu bir qədər də tibbi nöqteyi-nəzərdən əsaslandırardınız…
– Bəli. Mən həm hicama, həm də zəli müalicəsi ilə bağlı iki kitab yazmışam. Orada hansı nöqtələrdən necə olunmalıdır, hamısını qeyd eləmişəm. Həmçinin, hicama qanının analizləri ilə bağlı məlumat vermişəm. Nə qədər effektiv olduğunu sübut eləmişəm. Baxın, alimlər hicama qanının müayinəsi ilə venoz damar sisteminin müayinəsini müqayisə ediblər. Ömründə bircə dəfə də hicama etdirməyən insanı birinci dəfə hicama etdirib və bir də həmin insanın damarından qan götürüb, ağır metal duzlarını yoxlayıblar. Nəticədə 30-40 dəfə fərq yaranıb. Yəni bu prosedurla insan bədəni ən azından 30-40 dəfə ağır metal duzlarından təmizlənib. Normalda mədə-bağırsaq və tər sistemi ilə bu çox zəif təmizlənir, yəni ağır prosesdir. Amma hicama ilə ideal şəkildə təmizlənir. Və bu, elm tərəfindən dəqiq təsdiq olunub.
Həmçinin, hicama olunan nöqtənin aşağısı 2,5 sm-ə qədər masaj və elastikedici təsiri var. Bu o deməkdir ki, həmin hissədə də qan dövranı yaxşılaşır, qan dövranına maneə törədən bütün lipidlər, xolesterinlər götürülür. Amma bu adam deyir ki, boş şeydir. Qan elə eyni qandır, venoz qan da eyni şeydir, kapilyar qan da. Venoz qan magistralda işləyən qandır, kapilyar qan isə gəlir, xırdalanır, incələnir, kiçik kapilyarlara bölünür və burada təzyiq həddindən çox aşağı sürətdə olur. Aşağı sürətdə olduğuna görə də qanın tərkibindəki yağlar kapilyarların gözünü tutur. Hicama nə edir? Həmin kapilyarları təmizləyir. Nəticədə həmin hissəyə oksigenli qan gəlir. Ümumiyyətlə, qanda oksigen çox olursa, həmin hissədə iltihab azalır. Və biz tutaq ki, abses, iltihablaşmış və xronikiləşmiş yara varsa, həmin hissəyə tez-tez hicama tətbiq edirik. Niyə? Çünki hicama tətbiq elədikcə, oradakı kapilyar qan dövranını işlədirik və yeni qan gəlir. Yeni qan daim gəldikcə həmin hissədə qan dövranı yaxşılaşır və iltihab geri sovrulur. İşin mahiyyəti, bax, budur.
– Məlum müsahibədə Tibb Universitetini bitirib və hicama ilə məşğul olan bütün həkimlər "şarlatan və dələduz" adlandırılıb. Ağır ittiham deyilmi?
– Əslində həkimin hicama eləməsi düzgün deyil. Həkim hicamanın təyinatını yazmalıdır və tibb işçiləri, orta tibbi savadı olanlar bunu eləməlidir. Tutaq ki, birinin orta tibbi savadı yoxdur və gedib kursda hicamanı tam mükəmməl öyrənir. Ailəsini, tanış-bilişlərini hicama eləyir. Burada da bir problem yoxdur. Bilirsiniz, bizim hər bir danışığımız insanlara faydalı olmalıdır. Amma bu adam hər nə gəldi danışır, təki məqsədinə çatsın. Qoy nə qədər danışır, danışsın. Birinci dəfə deyil ki? (Gülür).
Sonda onu demək istəyirəm ki, hicama haqqında dərin məlumatı olmayan insanın belə sözlər deməsi dinimizin də əksinədir. Çünki hicama haqqında peyğəmbərimizin (s) hədisi var. Ən azından adamın bir mədəniyyəti olsa, peyğəmbərimizə (s) hörmət qoyar və düşünər ki, bunun haqqında bir şey bilmirəmsə, heç olmasa susum. Peyğəmbərimizdən səhih hədisdir ki, müalicələrin ən yaxşılarından biri də hicamadır. Sonra da deyir ki, mən bütün hallarımda – xəstələnəndə, zəhərlənəndə ilk elətdirdiyim müalicə hicama olub. Yəni adamın elementar mədəniyyəti olsa, buna görə heç nə deməzdi. Ona görə də hamıya bildirmək lazımdır ki, bu adam dinsiz, imansızdır, dinimizin düşmənidir. O, orada birbaşa demir axı dinin düşmənidir. Dolayı yolla deyir, lakin insanlar başa düşmür. Amma mən birbaşa deyirəm ki, bu adam dinsiz, imansızdır ki, peyğəmbərimizin (s) hədisinə hayqırı gəlir.
Sevinc Paşayeva,
KONKRET.az

Sağlamlıq     Baxılıb: 240   Tarix: 06 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Xurma və "Genetik Cahillik": Ramazan süfrələrinin gizli həqiqətləri

Ramazan ayı yaxınlaşdıqca süfrələrin tacı olan xurma yenidən gündəmə gəlir. Lakin çoxumuz yediyimiz bu meyvənin mənşəyi, növləri və istehsal prosesi haqqında səthi məlumatlara sahibik. . KONKRET.azmilliaz-a istinadən xəbə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.  xəbə

"Estetik əməliyyatlara icazəsi olan 45 həkim var"

"Hazırda Azərbaycanda plastik və estetik əməliyyatlar aparmağa icazəsi olan 45 həkim var və onların siyahısı açıq şəkildə dəyişdirilib". KONKRET.azxəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib. Nazi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan azerbaycanda son xeberler xeber.az son.xeber