Belkovski: "Biz iki yüz ildən sonra Cənubi Qafqazı itirdik"
"Rusiya iki yüz ildən sonra Cənubi Qafqazı itirdi".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Belkovski deyib.
Ekspert Rusiya Prezidenti Vladimir Putinin Ermənistandan çox Azərbaycan və Türkiyə ilə əlaqələrə üstünlük verdiyini söyləyib. O, bunu Ermənistanın mövcud hakimiyyətinin qərbpərəst olması ilə əlaqələndirib.
Belkovski hesab edir ki, Robert Köçəryan və ya Serj Sərkisyan (hərbi cinayətkarlar) Ermənistanda hakimiyyətdə olsaydı, Putinin bu ölkəyə münasibəti fərqli ola bilərdi.
Politoloq qeyd edib ki, Azərbaycanın son antiterror tədbirləri zamanı Rusiya Ermənistanın prosesə müdaxilə edəcəyini gözləyib.
"Kreml son hadisələrlə bağlı hesablamalarında Ermənistanın öz silahlı qüvvələri ilə Qarabağa müdaxilə edəcəyini düşünürdü ki, bu da Azərbaycana Ermənistan ərazisinə girmək üçün hüquqi imkan verəcəkdi. Kremlin hesablamaları özünü doğrultmadı. Rusiya isə Ermənistanı itirdi. Bütün hekayə budur. Biz iki yüz ildən sonra Cənubi Qafqazı itirdik".
Ermənistan müxalifətinin İrəvanda təşkil etdiyi nümayişlərə toxunan Belkovskinin fikrincə, Paşinyanın devirməsi planı ictimaiyyət arasında o qədər də populyar deyil: "Nümayişlərin təşkilatçılarının bəlli proqramı, ümumiyyətlə, konkret fəaliyyət planı yoxdur".//Teleqraf

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ