Bennett və Putinin 5 saatlıq görüşü: İran gizli saxlanıldı

Bennett və Putinin 5 saatlıq görüşü: İran gizli saxlanıldıRusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Naftali Bennett arasında Soçidə baş tutan və 5 saat davam edən görüşün detalları bəlli olub.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, İsrail nümayəndə heyətinin üzvü, tikinti naziri Zeyev Elkin görüşdə Suriyadakı qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılığa gəlindiyini bildirib.
"Liderlər həmçinin əvvəlki əlaqələr modelinin davam etdirilməsi və yeni səviyyəyə qaldırılması barədə razılaşdılar", - Elin deyib.
Tərəflər arasında "dekonflikt" mexanizmi 2015-ci ildən fəaliyyətdədir. Onun əsasını Rusiyanın "Hmeymim" bazası ilə İsrailin Təl-Əvivdəki "Kiriya" bazası arasında operativ əlaqə təşkil edir. Bu əlaqə hər iki tərəfi arzulanmaz situasiyalardan qoruyur. Mexanizmin işləməsi zərirəti xüsusilə İsrail qırıcılarının Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin ərazidə olan vaxt Suriyaya hücumu və Suriya HHQ-nin səhvən İl-20-ni vurmasından sonra bir daha aktuallaşıb.
Görüşdə iki işçi qrupun yaradılmasına qərar verilib. Birinci qrup hələ də tanınmayan "Sputnik V" vaksini ilə peyvəndlənmiş turistlərin İsrailə səfərinin mümkünlüyü ilə bağlı çalışacaq. İkinci qrup barədə açıqlama verilməyib.
Bennett isə Tvitter səhifəsində Putinlə uzun-uzadı, 5 saat davam edən müzakirəsini xüsusi vurğulayıb və "olduqca gözəl" keçdiyini yazıb. O, "islam fundamentalizmi ilə mübarizə" istiqamətində razılaşmalar olduğunu bildirib.
Maraqlıdır ki, liderlərin əsas müzakirə mövzusunun İranın nüvə fəaliyyəti ilə bağlı olduğu bildirilsə də, bu barədə nə Bennett, nə Elkin, nə də digərləri toxunub.

Dünya       Tarix: 23 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler son xeberler bugun 2026 muharibe cəbhədən ən son xəbər sonxeberler