Benzia "Qarabağ"dan ayrıldı
Yay transfer pəncərəsində "Qarabağ"ı tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.
KONKRET.az xəbər verir ki, "Qarabağ" Yassin Benzia ilə razılığa gələ bilməyib.
Benzia ötən gün İnstaqram hesabında vidaya bənzər paylaşım edib.
Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb. O, paylaşımda "hər şey üçün təşəkkürlər" sözlərini qeyd edib. Benzia da bu sözlərə görə Şahruddinə təşəkkürünü bildirib.
Əlcəzair millisinin üzvü olan 30 yaşlı yarımmüdafiəçi maliyyə məsələlərində razılığa gələ bilmədiyinə görə "Qarabağ"dan ayrılıb. Tərəflər bu yay başa çatan müqaviləni uzatmayacaqlar. Futbolçunun karyerasını Səudiyyə Ərəbistanının klublarından birində davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Benzia son ilyarımda "Qarabağ"da oynayıb, 104 oyun keçirib, 28 qol vurub.

"Qarabağ"dan növbəti transfer
Liderlər Bişkekdə toplanır
İlham Əliyev Şavkat Mirziyoyevə məktub göndərdi
Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi
"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava
İndi bütün Orta Asiya Azərbaycandan danışır - Ümumi iqtisadi məkanda yerimiz bəlli oldu
İslandiya Avropa Birliyindən imtina etdi
Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF
Qətər və İran Hörmüz boğazını müzakirə etdi
Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
Su götürmək istəyərkən kanala yıxıldı, boğulub öldü - TƏFƏRRÜAT
Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV
"Ballıqayadakı insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməlidir"
AVRO-2026: Azərbaycan Belçika ilə qarşılaşacaq
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı