Benzinin qiyməti ilə bağlı vacib açıqlama

Benzinin qiyməti ilə bağlı vacib açıqlama"Yanacağa tələbatın artması avtomobil sayının artması ilə əlaqəlidir".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, cari il ərzində ölkədə yanacaq məhsullarına tələbatın artmasının səbəblərini izah edib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil yanacağından 2 milyard 518.3 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 6.6% çoxdur.
Qeyd edək ki, cari dövrdə alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.5 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Mütəxəssis vurğulayıb ki, bu il Azərbaycana daxil olan avtomobil sayında artım var:
"Nəticə etibarilə, avtomobil sayı artdıqca, təbii ki, tələbat da artır və tələbatın yüksəlməsi daha çox benzin alımına və daha çox vəsaitin sərf edilməsinə səbəb olur.
Bundan başqa, Azərbaycanda 95 və 96 markalı benzinlərin qiymətlərində də artımlar olmuşdu. Onların qiymətinin artması isə məbləğ olaraq xərclənən vəsaitin artmasına səbəb olan amilə çevrilir".
Ekspertin sözlərinə görə, Azərbaycanda benzinin qiyməti 2 yolla tənzimlənir:
"Bildiyiniz kimi, Tarif Şurası dizel və Aİ-92 markalı yanacağın qiymətlərini tənzimləyən orqandır. Yəni bunu dövlət təyin edir və istəsələr qiymətləri artıracaqlar, istəməsələr də yox. Qısacası, bu, dövlətin qərarından asılıdır.
Lakin dünyada gedən prosesləri və neftin qiymətinin son 5-6 ayda təqribən 30%-ə yaxın aşağı düşdüyünü də nəzərə alsaq – hansı ki, neftin qiyməti 98 dollar idi, indi isə 80 dollar civarındadır – indiki məqamda benzinin qiymətinin artırılması üçün heç bir səbəb yoxdur".
"Bizə maraqlı olan başqa bir məsələdir ki, "Premium-95" markalı benzinin qiymətini məntiqlə və açıqlanan qərarlarla guya bazar tənzimləməli idi. Çünki bunu bir neçə il öncə Tarif Şurasının tənzimləmə mexanizmindən çıxarıblar. Rəsmi qərarda belə bir yanaşma var idi ki, bu sahədə benzin satan şirkətlər rəqabətli mühit şəraitində fəaliyyət göstərəcək və rəqabətli mühit bazardakı tələb və təklifə görə qiymətin müəyyənləşdirilməsinə səbəb olacaq", – deyə o, əlavə edib.
Müsahibimiz qeyd edib ki, lakin bunlar baş vermədi:
"Maraqlı cəhət isə ondan ibarətdir ki, "Premium" markalı benzinin qiyməti son 3-4 ayda dünya bazarında xeyli ucuzlaşıb. Azərbaycan da "Premium" markalı benzini xaricdən, əsasən də Rumıniya və Rusiyadan aldığını bildirib ki, həmin bazarlarda da qiymətlər ucuzlaşıb. Lakin bizdə 95 markalı benzinin qiymətinin 2 manat civarında olması hələ də davam edir. Hansı ki, bu, region ölkələri arasında ən yüksək qiymətlərdən biridir".
"Benzin bazarının tənzimlənməsində dövlətin əlində kifayət qədər ciddi mexanizmlər var. Dediyim kimi, 92 və dizel yanacağının qiymətini dövlət özü müəyyənləşdirir və bunun kənar müdaxilələrə, eləcə də bazardakı proseslərə heç bir aidiyyəti yoxdur. 95 və 98 markalı benzinlə bağlı isə rəqabətli mühit yaranmalı və məntiqlə qiymət aşağı düşməlidir, lakin bu məsələ hələlik öz həllini tapmayıb", – fikirlərini tamamlayıb.

Sosial       Tarix: 18 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun cəbhədən son durum qurban bayrami 2026 cəbhədən görüntüleri