Bəraət alan Aydın 1 milyon manat istəmişdi - Bu qədər veriləcək
İki nəfərin qətlinə görə ömürlük məhkum edilərək 9 il sonra bəraət alan Aydın Qəhrəmanovun təzminat tələbinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib.
Qəhrəmanov həbsdə keçirdiyi 9 ilin maddi və mənəvi ziyanı üçün 1 milyon manat tələb edib. İddiaya cavabdeh kimi Maliyyə Nazirliyi və Baş Prokurorluq tanınıb. Hakim Əfsanə Heydərova iddiaçı və cavabdeh tərəflərin çıxışlarını dinlədikdən sonra qərarı elan edib.
Qərara əsasən, Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib. Maddi ziyanla bağlı tələb isə rədd edilib.
İddiaçı qərardan narazı qalıb.
Qeyd edək ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilib.
9 il sonra-2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət verib. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR