Bərdədə anası və bacısını öldürən şəxs məhkəmə qarşısına çıxarılır
İyunun 1-də Bərdə rayonu, Alaçadırlı kənd sakinləri Nəzirə Zeynalova və qızı Əminə Zeynalovanın odlu silahla qəsdən öldürülmələri faktı üzrə Bərdə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Open.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
İstintaqla Toğrul Zeynallının şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq anası Nəzirə Zeynalova və bacısı Əminə Zeynalovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İstintaqla həmçinin, Toğrul Zeynallının yaşadığı Alaçadırlı kəndi ərazisində 7 ədəd ümumi təmiz çəkisi 166 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etməsinə şübhələr üçün əsaslar müəyyən eilmişdir.
Toğrul Zeynallı təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib