Bərdədə nə baş verir? - Hamını heyrətə gətirən müəmmalı hadisə - VİDEO
Bərdə rayonunun Piyadalar kəndində son bir neçə gündə insanlar arasında dəri xəstəliyi yayılıb.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi kənd sakinləri heyvanlar arasında yayılan qarayara xəstəliyinin insanlara keçməsindən narahat olub. Bəziləri isə bunu əkin sahələrində istifadə edilən kimyəvi vasitələrlə əlaqələndirirlər.
Kənd bələdiyyəsindən bildirilib ki, təşvişə səbəb olacaq bir vəziyyət yoxdur. 3-ü kişi, 2-si qadın olmaqla ümumilikdə 5 nəfər xəstəxanaya müraciət edib.
Rayon baytarlıq idarəsinin əməkdaşları da kəndə ezam olub. Baytarlar tərəfindən dezinfeksiya işləri aparılır.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından faktı təsdiqlədilər. Bildirilib ki, müraciət edənlərin dərisində yaralar əmələ gəlib və onların müalicəsi davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyindən qeyd edilib ki, həmin kənddə təsərrüfatlara baxış keçirilib. Hazırda araşdırmalar davam etdirilir və nəticələrlə bağlı ətraflı məlumat veriləcək.
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var