Bərdədə təcavüzə məruz qalan 14 yaşlı qızın ailəsi danışdı
Bu günlərdə Kətəlparaq kəndində yaşanan dəhşətli hadisə sözün həqiqi mənasında şok effekti yaradıb. Günlərdir sosial şəbəkələrdə və media orqanlarında 15 yaşlı qızın təcavüzə uğraması ilə bağlı müxtəlif xəbərlər dolaşır.
Bizim ilk üz tutduğumuz ünvan bu ailənin evi oldu. Bu acını yaşayan ailənin fikirlərini öyrəndik. Azyaşlı olduğu üçün məktəbli bir qızın adını yazmır və görüntüsünü göstərmirik. Suallarımızı azyaşlı qızın babası Seyfi İbrahimov cavablandırdı.
azxeber.com musavat.com-a istinadən bildirir ki, Seyfi kişi deyir ki, nəvəsi oğlundan qalan əmanətidir. Eldar adlı oğlu dünyasını dəyişəndən sonra onun üç qız övladını məhz Seyfi İbrahimov böyüdüb. Gəlinləri öz atası evində yaşasa da, nəvələri daima baba evinə gəlib, aylarla hətta illərlə qalıb.
Öyrəndik ki, bu çirkin əməldə günahlandırılan şəxslər Seyfi kişinin gəlininin qohumlarıdır. Tükürpədici hadisə də azyaşlı qız hazırlıqdan gələn zaman baş verib. Sözügedən çirkin əməl bilinəndən sonra qarşı tərəf, yəni cinayətdə təqsirli bilinən şəxslərin yaxınları bu ailəyə qarşı şiddət belə göstərməyə çalışıb. Seyfi İbrahimov özünün və həyat yoldaşının aldığı xəsarətləri göstərir. Ən böyük istəkləri iyrənc əməli törədənlərin qanun çərçivəsində cəzalandırılmasıdır.
Baş verənlər kənd sakinlərinin də qəzəbinə səbəb olub. Kətəlparaqda indi hər kəs bu olaya etinasız yanaşa bilmir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var