Berdiməhəmmədovun toxunulmazlığı haqqında qanun imzalandı

Berdiməhəmmədovun toxunulmazlığı haqqında qanun imzalandı"Türkmən xalqının ümummilli lideri haqqında" Konstitusiya qanunu eks-prezident Qurbanqulu Berdiməhəmmədova və onun ailə üzvlərinə toxunulmazlıq hüququ və bir sıra digər imtiyazlar verib.
KONKRET.az "Interfax"a istinadla xəbər verir ki, ölkə prezidenti Serdar Berdiməhəmmədov türkmən xalqının ümummilli liderinin və onun ailə üzvlərinin toxunulmazlıq hüququna malik olduğu qanunu imzalayıb. Bu, onun əmlakına və ailə üzvlərinə məxsus əmlaka da şamil edilir.
Xatırladaq ki, yanvarın 21-də Türkmənistan parlamentinin – Milli Genqeşin birgə iclası keçirilib və orada eks-prezident Qurbanqulu Berdiməhəmmədova ümummilli lider statusunun verilməsi qərara alınıb.
O, xalq hakimiyyətinin yaradılmış ali nümayəndəli orqanına – Xalq Maslaxatına (Xalq Şurası) rəhbərlik edirdi. Yeni qanunun 5-ci maddəsində deyilir ki, "Türkmən xalqının Ümummilli Lideri Türkmənistan Xalq Maslaxatının daimi üzvüdür".
Qanun ümummilli liderin və onun ailə üzvlərinin dövlət himayəsinin təmin edilməsini, fəaliyyətinin həyata keçirilməsi üçün dövlət tərəfindən şəraitin təmin edilməsini, hüquq və azadlıqlarının, həyatının, şərəf və ləyaqətinin qorunmasını da nəzərdə tutur. Həmçinin, türkmən xalqının Ümummilli Liderinə xidməti, mənzil-məişət, sosial, nəqliyyat, rabitə, tibbi, sanatoriya və digər xidmətlərin göstərilməsi, maddi təminatı səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilir.
Ümummilli Liderin qanuni fəaliyyətinə mane olmaq, onu alçaltmaq, şərəf və ləyaqətinə zidd hərəkətlər etmək məsuliyyətə səbəb olur.
Bu qanunla nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Türkmənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.
O, Ümummilli Lider kimi Türkmənistan xalqına dövlət quruluşu, ölkənin daxili və xarici siyasəti və təhlükəsizliyinin mühüm məsələləri, sosial-iqtisadi inkişaf proqramları ilə bağlı müraciət etmək, baxılması məcburi olan təşəbbüslə çıxış etmək hüququna malikdir.//Yenisabah

Siyasi       Tarix: 23 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun 2026 sonxabar az qarabag sonxeber.az