Berlin qaçqınlara görə Afinaya pul təklif etdi
Almaniya Daxili İşlər Nazirliyi narahatdır ki, Avropa İttifaqının sığınacaqla təminetmə sistemi bir anda büsbütün dağıla bilər.
Publika.az Almaniya DİN-nin məlumatlarına istinadla xəbər verir ki, cari ilin ilk üç ayı ərzində Yunanıstanda artıq qaçqın statusu verilmiş 2900-ə yaxın əcnəbi ərizə ilə təkrar Almaniyaya müraciət edib ki, bu da Dublin razılaşmasına ziddir. Nəzəri olaraq, yenidən müraciət edilə bilməz və bu ərizələr rədd edilməlidir. Amma Yunanıstan, ölkədəki boş evlərin yetərli olmadığını əsas gətirərək, kağız üzərində artıq qaçqın statusu verdiyi şəxsləri qəbul etmək istəmir. Hazırda Almaniya Federal Hökuməti geri göndərmək istədiyi qaçqınların Yunanıstanda yerləşməsi üçün Afinaya maliyyə dəstəyi təklif edib.
Berlin, həmçinin sığınacaq istəyən 2100 nəfərə göndərdiyi cavabda Dublin reqlamentinə uyğun olaraq onların Yunanıstana köçürülməsinin vacibliyini də xatırladıb. Bu sənədə əsasən, sığınacaq istəyən şəxsin qeydiyyata alındığı ölkə ərizənin verilməsi üçün məsuliyyət daşıyır. Belə bir ölkə isə Yunanıstandır.
Almaniyanın Balkanlara geri göndərmək istədiyi sığınacaq axtaranların yerləşdirilməsinə və qulluğuna nə qədər pul sərf edəcəyi bəlli deyil.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər