Beş saatdan az yuxu erkən ölümə səbəb ola bilər - HƏKİM
ABŞ-ın Missuri ştatından olan oftalmoloq Den Friderix dörd-beş saatlıq yuxunun ölümcül təsirləri barədə xəbərdarlıq edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, beş saatdan az yuxunun erkən ölümə səbəb ola biləcəyini deyib.
Friderixin sözlərinə görə, ölüm hallarının artması, ürək-damar və digər xəstəliklər az yatmağınızdan qaynaqlanır:
"Tədqiqatlar dəfələrlə sübut edib ki, yuxunun optimal miqdarı gecədə altı ilə səkkiz saat arasında olmalıdır. Doqquz saatdan çox yatırsınızsa, bu da sağlamlığa mənfi təsir edir".
2022-ci ildə edilən bir araşdırma göstərib ki, gecə beş saatdan az yatmaq yaşlı insanlarda vaxtından əvvəl ölüm riskini atrırır.
Belə ki, London Universitet Kolleci tərəfindən aparılan araşdırmanın nəticələri Britaniyada yaşı 50-dən yuxarı olan 7864 nəfərin məlumatlarına əsaslanıb.
Araşdırmanın aparıcı müəllifi dr.Severin Sabia bildirib ki, insanlar yaşlandıqca yuxu vərdişləri dəyişir. Onun sözlərinə görə, yaxşı yuxunu təmin etmək üçün yataq otağının sakit, qaranlıq və rahat temperaturda olmasını təmin etmək vacibdir. Yatmadan əvvəl elektron cihazları çıxarmaq və ağır yeməklərdən qaçmaq tövsiyə olunur. Gün ərzində fiziki fəaliyyət də yaxşı yuxuya kömək edə bilər.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı