Bəy toy günü restorandan yoxa çıxdı - Bir də qayıtmadı

Bəy toy günü restorandan yoxa çıxdı - Bir də qayıtmadıAvstraliyada baş verən qeyri-adi və eyni zamanda sarsıdıcı hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, "Kylie" adlı qadın altı il davam edən münasibətdən sonra ailə həyatı qurub. Gəlinin dediyinə görə, toy günü hər şey qaydasında gedib – nikah mərasimi, foto çəkilişləri, qonaqlarla əyləncəli anlar və gözəl musiqi ilə müşayiət olunan ziyafət. Lakin bu mükəmməl gün, gözlənilməz hadisə ilə yarımçıq qalıb.
Belə ki, şənliyin ortasında bəy qəfil yoxa çıxıb. Hər kəs onun harada olduğunu düşündüyü anda gəlin, Kylie, tək qaldığını və heç bir izah verilmədən bəyin mərasimi tərk etdiyini anlayıb. Ən təəccüblüsü isə budur ki, bəy nə həmin gün geri qayıdıb, nə də sonrakı günlərdə bir açıqlama verib. Toy günü yoxa çıxan kişi aylarla ortaya çıxmayıb.
"İnsanlar mənə bəyin harada olduğunu soruşanda utanırdım", – deyə Kylie bildirib.
Məsələnin əsl səbəbi isə yalnız bir neçə ay sonra üzə çıxıb. Gəlinin dediyinə görə, həyat yoldaşı, toy günü də daxil olmaqla başqa bir qadınla – özü də gəlinin əmisi qızı ilə gizli münasibət yaşayırmış. Ən qəribəsi isə odur ki, bu xəyanəti bilə-bilə toy mərasimini təxirə salmayıb və hər şeyə rəğmən, məclis təşkil edilib.
Gəlin yaşadığı emosional travmadan sonra boşanmaq qərarına gəlib. Bu çətin proses onun üçün ağır keçib, lakin zamanla özünə gəldiyini deyir. Qadın bildirib ki, artıq evlilik haqqında düşünmür və bu hadisə ona böyük bir dərs olub.
Kylie-nin hekayəsi ilk olaraq Avstraliyanın məşhur "Ben, Liam & Belle" radio verilişində səsləndirilib və az bir müddət ərzində dünya mediasında da rezonans doğurub.
Sosial şəbəkələrdə istifadəçilər hadisəyə müxtəlif reaksiyalar veriblər. Bəziləri bəyin davranışını "vicdansızlıq və qorxaqlıq" kimi dəyərləndirib, bəziləri isə gəlinin gücünü və təmkinini alqışlayıblar.

Hadisə       Tarix: 29 may 2025
f Paylaş

Oxşar xəbərlər

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag cəbhədən xəbər xabarlar cəbhədən xəbərlər