Bəyi 'prokat' adlandıranlara demək istəyirəm ki..' - Razinin toyu haqda açıqlama
Xəbər verdiyimiz kimi, ötən gün qalmaqallı model Razi Əliyeva (Raziyyat) Nicat adlı bəyə ərə gedib.
azxeber.com bizim.media-ya istinadən xəbər verir ki, cütlüyün nikah məclisində iştirak edən aktrisa Pərvin Abıyeva "Xəbərin var?" maqazin verilişinin canlı efirinə zəng vuraraq, Razi ilə Nicatın münasibətlərindən danışıb.
Pərvin bildirib ki, Nicat Razini uşaqlıqdan sevib, lakin eşqini modelin keçmiş sevgilisi ilə yaşadığı qalmaqaldan sonra etiraf edib:
Ətraflı
"Razi və Nicatın tanışlıqları və evlilikləri haqda çox da məlumatım yoxdur. İstanbulda əməliyyat keçirdiyim zaman Razi mənə zəng vurub nişanlanacağını və məni məclisə dəvət etdiyini bildirdi. Razi özü İstanbulda yaşayır. Nicat Razini uşaqlıqdan sevir. Lakin o vaxtdan bu günə kimi susduğunu bilirəm. Nicat məhəbbətini Razi ilə keçmiş sevgilisi arasında baş verən qalmaqaldan sonra ona etiraf edib.
O deyib ki, səni sevirəm, evlənmək istəyirəm, səni hər şeyinlə qəbul edirəm. Aralarında belə bir söhbət olub. Oğlan şou və televiziya adamı deyil. Oğlan bu sahədən uzaqdır. Nə işlə məşğul olduğu haqda informasiyam yoxdur. Çəkincək oğlandır. Bəyi "prokat" (kirayə - red.) adlandıranlara da demək istəyirəm ki, özüm o məclisdə iştirak etmişəm və oğlanın Raziyə olan münasibətindən və sevgisindən gözlərim çox dolub. Belə sevgilər də var...". Pərvin, həmçinin vurğulayıb ki, Razi və Nicat cütlüyünün toyu yanvar ayında olacaq.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var