Beynəlxalq hüquqda etnik təmizləmə və Ermənistanın əsassız iddiaları

Beynəlxalq hüquqda etnik təmizləmə və Ermənistanın əsassız iddialarıAynur Əlişanova
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağdakı terrorçuların məskunlaşdığı ərazidə legitim hərbi hədəflərə qarşı anti-terror əməliyyatından sonra  dinc mülki əhalini öz mənfur planlarının alətinə çevirməyə çalışan Ermənistan və bölgədəki terrorçu erməni hərbi dəstələri əhali arasında yersiz panika yaymağa, ən müxtəlif vasitələrlə əhalinin yaşayış yerlərini tərk etməsinə çalışmışlar. Erməni terror-siyasi dəstələrinin formalaşdırdığı kütləvi psixozun təsiri altında Ermənistana üz tutan Qarabağın erməni sakinlərinə Azərbaycan dövləti tərəfindən edilən çağırışlara baxmayaraq ermənilər bölgəni sürətlə tərk etmişlər. Onların bir qrupunun Ermənistana miqrasiyasından sonra bu ölkənin və onun havadarlarının əsas məqsədləri ortaya çıxmışdır. Ermənistanda və dünyanın müxtəlif ölkələrində Azərbaycan Respublikasına qarşı etnik təmizləmə ilə bağlı heç bir əsası olmayan və hüquqi sübutlarla təsdiqini tapmayan ittihamlar irəli sürülmüşdür. Bəs əslində beynəlxalq hüquqda etnik təmizləmə anlayışı dedikdə nə nəzərdə tutulur  və onun mahiyyəti nədən ibarətdir. 
Beynəlxalq hüquqa dair ən müxəlif sənədlərin təhlili aydın şəkildə göstərir ki, beynəlxalq hüquqa  əsasən "etnik təmizləmə ümimilikdə müstəqil cinayət kimi tanınmamışdır. Həmin termin 1990-cı illərdə keçmiş Yuqoslaviyada alovlanmış münaqişələr kontekstində meydana çıxmışdır. "Etnik təmizləmə" ifadəsi Təhlükəsizlik Şurasının və Baş Assambleyanın qətnamələrində istifadə edilmiş və Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının qərarlarında və ittiham aktlarında etiraf edilmişdir.
Etnik təmizləmə beynəlxalq hüquqa əsasən müstəqil cinayət kimi tanınmadığı üçün bu anlayışın dəqiq tərifi və ya etnik təmizləmə kimi qiymətləndiriləcək dəqiq əməllər yoxdur. Keçmiş Yuqoslaviya ərazisində törədilmiş beynəlxalq humanitar hüquq pozuntularını araşdırmaq səlahiyyətinə malik olan Birləşmiş Millətlər Təşkilatının Ekspertlər Komissiyası özünün S/25274 aralıq hesabatında etnik təmizləmənin tərifini aşağıdakı kimi vermişdir: "... insanları çıxarmaq üçün güc və ya hədə-qorxu tətbiq edərkən ərazini etnik cəhətdən homogenləşdirmək". 
Həmin Komissiya S/1994/674 yekun hesabatında etnik təmizləməni "...bir etnik və ya dini qrup tərəfindən zorakılıq və terrorla, təhrik edən məqsədyönlü siyasətlə başqa etnik və ya dini qrupun mülki əhalisini müəyyən coğrafi ərazilərdən çıxarılması" nəzərdə tutulur. 
Mülki əhalini ölkədən çıxarmaq üçün istifadə edilən məcburi üsullara aşağıdakılar da aid edilə bilər: qətl, işgəncə, məhkəmədən kənar edamlar, zorlama və cinsi təcavüz, mülki şəxslərə ağır fiziki xəsarət yetirmə, mülki əhalinin getto ərazilərində həbsi, mülki əhalinin zorla çıxarılması, köçürülməsi və deportasiyası, mülki şəxslərə və mülki ərazilərə qəsdən hərbi hücumlar və ya hücum hədələri, mülki şəxslərdən canlı qalxan kimi istifadə, əmlakın məhv edilməsi, şəxsi əmlakın qarət edilməsi, xəstəxanalara, tibb işçilərinə və yerlərə hücumlar. 
Hüquqi sənədlərin təhlili göstərir ki, etnik təmizləmə zamanı törədilmiş cinayətlər soyqırım cinayətlərinə bənzəyir, lakin soyqırım hədəf qrupun tam və ya qismən məhv edilməsi niyyətini əhatə etsə də, etnik təmizləmə yalnız hədəfi səfərbər edənə qədər qətli ehtiva edə bilər. Beləliklə, etnik təmizləmə zamanı müxtəlif dərəcələrdə kütləvi qətllər ola bilər, hədəf qrup arzu olunan ərazini tərk edərkən tez-tez azalır, soyqırım zamanı isə kütləvi qətl bütün proses boyunca hər yerdə olur. 
Etnik təmizləmədə qarşıya qoyulan başlıca məqsəd cəmiyyətin arzuolunmaz üzvlərindən xilas olmaq və etnik cəhətdən təmiz icma yaratmaqdır. Müasir beynəlxalq hüququn formalaşdığı XX əsr tarixinə diqqət yetirsək dünyada etnik təmizləmənin bir neçə tarixi nümunələrindən bəhs etmək mümkündür. Məsələn, XX əsrin 20-30cu illərində İraq ordusu kürd və ərəb qəbilələrinin köməyi ilə Şimali İraqda yaşayan assuriyalı kəndlilərə qarşı etnik təmizləmə kampaniyası aparmış, 3000-ə yaxın şəxs öldürülmüş, bölgədəki assuriyalıların təxminən üçdə biri sonradan Suriyaya sığınmışdır. 1920-21-ci illərdə Yalova-Gemlik yarımadasında Yunan ordusu onlarla türk/müsəlman kəndini yandırmış, genişmiqyaslı zorakılıq və etnik təmizləmə aparmışdı. II  Dünya Müharibəsi illərində və sonra SSRİ-nin rəhbəri olmuş İosif Stalinin göstərişi ittifaqın müxtəlif bölgələrindən əhalinin köçürülməsi, o cümlədən qaraçayların, balkarların, çeçenlərin, inquşların, ahıska türklərinin, kalmıkların deportasiyası etnik təmizləmənin bariz nümunələridir.
Hesablamalara görə, SSRİ-nin müxtəlif bölgələrində etnik təmizləmələr həyata keçirilmiş, nəticədə 1940-52-ci illərdə 3,5 milyona yaxın insan etnik təmizləmə siyasətinin qurbanına çevrilmişdi. 
Aparılan təhlillər hələlik beynəlxalq hüquqda tərifi və məsuliyyəti müəyyən edilməmiş bu fəaliyyətin müharibə və soyqırımı cinayətləri ilə bağlı olmasının ona qarşı ikrah doğurduğunu göstərir. Eyni zamanda bu cür fəaliyyətləri tarixin müxtəlif dövrlərində həyata keçirmiş dövlətlər və millətlərdə öz üzərlərində olan psixoloji təzyiqi azaltmaq üçün başqalarını ittiham etmək kimi kütləvi siyasi və sosial psixozun formalaşması müşahidə edilir. Məsələn, XIII-XVI əsrlərdə yəhudiləri etnik təmizləməyə məruz qoymuş Fransa, 2012-ci ildə Assam əyalətində yerli bodolar və benqal dilli müsəlmanlar arasında etnik zorakılıqların baş verməsinə, 400.000 insanın didərgin düşməsinə şərait yaratmış Hindistan və bir sıra digər dövlətlərin xarici siyasətində bu cür hallardan doğan komplekslər müasir dövrdə özünü açıq və aydın şəkildə göstərməkdədir. 
Qafqazda etnik təmizləmənin ən məşhur nümunəsi indi Ermənistan adlanan tarixi Qərbi Azərbaycan torpaqlarından Sovet dönəmində və müstəqilliyin ilk illərində azərbaycanlıların qırğınlara, soyqırımlara, terrora məruz qoyularaq deportasiyasıdır. Ermənistanın sovet dövründən başlayaraq yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Ermənistan nəinki bu ərazinin aborigen sakinləri olan azərbaycanlılardan tamamilə təmizlənmiş, hətta tarixin müxtəlif dövrlərində bölgəyə gələrək məskunlaşmış yəhudilər, aysorlar, yezidilər də sıxışdırılmışdır.  Ermənistan nəinki öz ərazisində, hətta XX əsrin 90-cı illərinin əvvəllərində işğal etdiyi Azərbaycan torpaqlarında da azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmişdir.
Özünün ən yaxın tarixindəki etnik təmizləmə siyasətini pərdələmək, eyni zamanda qanunsuz işğal fəaliyyətlərini davam etdirmək, uzun illər maliyyələşdirdiyi erməni terror siyasi təşkilatlarının qanlı fəaliyyətlərinin üzə çıxmasının qarşısını almaq üçün hazırda Ermənistan Azərbaycana qarşı guya işğaldan azad edilmiş ərazilərdə etnik təmizləmənin həyata keçirildiyi ilə bağlı sərsəm və hüquqi əsası olmayan iddialar irəli sürür. Bu iddiaların əsasızlığı ilk növbədə onunla hesab edilir ki, nə 44 günlük müharibə (2020), nə də anti-terror əməliyyatları (2023) zamanı Azərbaycan ordusunun hədəfi əsla mülki vətəndaşlar olmamış, bunun tam əksinə hər iki prosesdə Azərbaycan rəsmi olaraq əhaliyə müraciət etmiş, onların həyatlarının qorunması üçün lazımi xəbərdarlıqlar etmişdir. 
Azərbaycan bölgədən insanları çıxarmaq üçün nəinki güc və ya hədə-qorxu tətbiq etmir, tam əksinə terrorçuların və işğalçı Ermənistanın ucbatından uzun illər səfil vəziyyətində yaşamış insanlara yardım edir, onların qalması üçün hətta sərhəd buraxılış məntəqələrində belə rəsmi çağırışlar edir, onların humanitar ehtiyaclarının ödənilməsinə çalışır. Digər tərəfdən multikultural dəyərləri özünün daxili siyasətinin başlıca prinsipləri elan edən Azərbaycan Ermənistandan fərqli olaraq homogenləşməyə qarşı çıxır və müxtəliflikləri zənginlik kimi qiymətləndirir. Mülki əhaliyə qarşı hər hansı işgəncə faktı yoxdur. 
Beləliklə, ən müxtəlif hüquqi sənədlərdə müəyyənləşmiş təriflər əsasında aparılan təhlillər aydın şəkildə sübut edir ki, Ermənilərin guya Azərbaycanın etnik ermənilərə qarşı hansısa təmizləmə siyasəti aparması ilə bağlı iddiaları tamamilə əsassızdır. Tam əksinə Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsaslanaraq hər kəsin hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşamaq, hər kəsin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququnu tanıyır, erməni sakinlərin bu hüquqlarını reallaşdırılması üçün şərait yaradır.  / azxeber.com

Sosial     Baxılıb: 290   Tarix: 22 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Taksidən istifadə edənlərin sayı artıb

Bu ilin yanvar–mart aylarında taksi xidmətlərindən 19 milyon 488 min sərnişin istifadə edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur. Həmin dövrdə ictima

Azərbaycan toylarında bu qayda dəyişib

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib.  Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:. "Artı

"SABAH.city"-də ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edildi

Aprelin 29-da Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında "SABAH.city" innovasiya şəhərciyində yerləşəcək ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. xəbər verir ki, görüşdə Elm və Al

Tovuzda avtomobil divara çırpıldı: Xəsarət alanlar var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Belə ki, sürücü Tural Mustafayevin idarə etdiyi "Mercedes" markal

Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Təmir-quraşdırma işlərinin aparılması məqsədilə paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. "Azəriqaz"dan -a verilən məlumata görə, Sabunçu və Suraxanı rayonlarınd

Kartınız təhlükədədir - VACİB XƏBƏRDARLIQ

Rəqəmsal ödənişlərin sürətlə yayılması ilə birlikdə onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin rahatlıqla yanaşı, bu proses istifadəçilər üçün müəyyən təhlükələri də özü ilə gətirir. Xüsusilə ban

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

Aprelin 25-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. xatırladır ki, Albert Aqarunov 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peş

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və ailə üzvləri Bakının Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. -un məlumatına görə, açılışa dövlə

Bakıda parkda meyiti tapılan şəxsin kimliyi bilindi

Aprelin 23-ü gecə saat 02 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki parkda meyiti tapılan şəxsin kimliyi məlum olub. xəbər verir ki, ölən şəxsin İsmayıllı rayon sakini 1969-cu il təvəllüdlü Qalib Vahidov olmas


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun cəbhədən son məlumatlar azerbaycanda son xeberler xeber az