Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
"İnşallah ki, mənim qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq. Çünki o, çox doğru seçim edib."
Bu sözləri azxeber.com-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib.
Bir neçə gün öncə qızını gəlin köçürən aktrisa övladının Türkiyədə yaşayacağını bildirib:
"Mən çox xoşbəxtəm ki, qızımı arzuladığım kimi gəlin köçürmüşəm. İndi tək qalıram, onun yoxluğu ilə hələ barışa bilmirəm. Qızım çox yaxşı seçim edib. Yoldaşının onu xoşbəxt edəcəyinə inanıram. Onlar birlikdə Türkiyədə yaşayacaqlar. Allah bütün xanımları xoşbəxt etsin, içində də mənim qızım."
"Qızlar analarının taleyini yaşayır. Bu deyim sizi qorxutmur ki?" sualına isə aktrisa belə cavab verib:
"Mən belə deyimlərə inanmıram. İnanıram ki, qızım çox xoşbəxt olacaq. Əslində bu şeylərin heç birini Allah etmir, insanlar özləri edirlər. Mənim taleyimdə görmədiyim şeyləri, yaşamadığım xoşbəxtliyi inanıram ki, Allah mənim qızıma verəcək. Gözəl ailəsi, övladları olacaq".
Aysel Hacızadə

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək