Okampo ifşasının pərdəarxası: Regional sabitliyə qarşı koordinasiyalı hücum

Okampo ifşasının pərdəarxası: Regional sabitliyə qarşı koordinasiyalı hücumAvropa miqyasında baş verən son proseslər illərdir "dəyərlər siyasəti" adı altında təqdim olunan mexanizmlərin əhəmiyyətli hissəsinin əslində böyük lobbi qruplarının, maliyyə şəbəkələrinin və geosiyasi maraqların təsiri altında formalaşdığını bir daha təsdiq edir. Luis Moreno Okampo ətrafında yayılan videolar isə bu sistemin necə işlədiyini çılpaq şəkildə ortaya qoyur. Burada söhbət artıq təkcə bir şəxsin qalmaqallı açıqlamalarından getmir. Ortaya çıxan mənzərə Avropa institutlarında erməni lobbisinin hansı miqyasda təsir imkanları formalaşdırdığını, bu təsirin hansı siyasi məqsədlərə xidmət etdiyini və regionda hansı təhlükəli ssenarilərin üzərində işlənildiyini aydın şəkildə nümayiş etdirir.
Videolarda diqqətçəkən məqam həm Azərbaycana qarşı koordinasiyalı təzyiq mexanizmlərindən, həm də Ermənistanın daxili siyasi gələcəyinə təsir planlarından eyni siyasi xətt daxilində bəhs edilməsidir. Bu isə artıq klassik lobbiçilik fəaliyyətindən fərqli və təhlükəli məzmun daşıyır. Çünki burada söhbət hansısa ölkənin maraqlarının müdafiəsindən yox, bütöv bir regionun siyasi balansına müdaxilə cəhdlərindən gedir.
Erməni lobbisinin Qərbdəki təsiri yeni mövzu deyil. ABŞ-da, Fransada və bir sıra Avropa ölkələrində bu şəbəkənin illərlə formalaşdırdığı siyasi, maliyyə və media əlaqələri məlumdur. Lakin son videolar göstərir ki, həmin təsir artıq yalnız təbliğat və ictimai rəy formalaşdırılması ilə məhdudlaşmır. Görünən odur ki, müəyyən dairələr Avropa institutlarını birbaşa siyasi təzyiq alətinə çevirmək, Avropa Parlamentindən və Avropa Komissiyasından region ölkələrinə qarşı geosiyasi təsir mexanizmi kimi istifadə etmək istiqamətində hərəkət edirlər.
Ən dəhşətli mənzərə odur ki, videolarda "insan hüquqları" mövzusu açıq şəkildə siyasi təzyiq aləti kimi təqdim olunur. Bu isə son illərdə Azərbaycana qarşı aparılan kampaniyaların mahiyyətini daha aydın göstərir. Məlum həqiqətdir ki, bəzi Avropa dairələri regiondakı proseslərə hüquqi və obyektiv yanaşmadan çox siyasi sifariş prizmasından baxırlar. Qarabağ məsələsində dəfələrlə emosional manipulyasiya, selektiv yanaşma və açıq qərəz nümunələri ortaya qoyulub. İndi isə həmin kampaniyaların arxasında hansı şəbəkələrin dayandığı daha aydın görünməyə başlayır.
Luis Moreno Okampo bu prosesin simvolik fiqurlarından biridir. Bir zamanlar beynəlxalq hüquq müstəvisində fəaliyyət göstərmiş şəxsin son illərdə açıq şəkildə erməni lobbi maraqlarının siyasi ruporuna çevrilməsi də təsadüfi deyil. Qarabağla bağlı yaydığı ittihamlar, hüquqi əsası olmayan iddialar və məqsədli informasiya manipulyasiyaları bunu dəfələrlə göstərib. Ancaq indi ortaya çıxan görüntülər göstərir ki, məsələ yalnız ictimai ritorika ilə bitmir. Burada Avropa strukturları daxilində təsir imkanlarının koordinasiyası, siyasi təzyiq mexanizmlərinin qurulması və regionda yeni siyasi konfiqurasiyaların hazırlanması elementləri görünür.
Videolarda Josep Borrelin adının çəkilməsi isə qalmaqalın miqyasını daha da böyüdür. Çünki söhbət Avropa diplomatiyasının illərlə ən yüksək pillələrində olmuş bir fiqurdan gedir. Əgər belə şəxslərin adı hansısa lobbi şəbəkələrinin siyasi fəaliyyətində hallanırsa, bu, fərdi əlaqələr məsələsi deyil. Bu, Avropa siyasi sistemində formalaşmış dərin təsir mexanizmləri barədə ciddi suallar yaradır. Ən təhlükəlisi isə budur ki, həmin mexanizmlərin regionda sülh proseslərinə yox, gərginlik və qarşıdurma ssenarilərinə xidmət etdiyi görüntüsü yaranır.
Videolarda Ermənistan daxilində hakimiyyət dəyişikliyi ilə bağlı fikirlərin səsləndirilməsi də xüsusi diqqət tələb edir. Çünki burada artıq "hüquq müdafiəsi" və ya "humanitar fəaliyyət" ritorikası yoxdur. Burada konkret siyasi intriqa dili mövcuddur. Bu isə o deməkdir ki, müəyyən xarici dairələr regionda yalnız Azərbaycana təzyiq göstərməklə kifayətlənmir, paralel şəkildə Ermənistanı da daxildən sarsıtmağa cəhd edirlər. Belə yanaşma isə Cənubi Qafqazda sabitlik yox, "idarə olunan xaos" modelini xatırladır.
Maraqlıdır ki, bütün bunlar məhz Avropanın "demokratiya", "suverenlik" və "xarici müdaxiləyə qarşı mübarizə" barədə ən çox danışdığı dövrdə baş verir. Avropa Parlamentinin özü illərlə başqa ölkələrdə seçkilərə müdaxilə, siyasi təsir və hibrid təhdidlər haqqında qətnamələr qəbul edib. Ortaya çıxan mənzərə bir daha göstərir ki, həmin metodların müəyyən elementləri elə Avropa siyasi sisteminin daxilində fəaliyyət göstərən lobbi şəbəkələri tərəfindən istifadə olunur.
Azərbaycan üçün bu proseslər yeni deyil. Bakı uzun illərdir bildirir ki, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müəyyən dairələr regionda obyektiv yanaşmaya deyil, siyasi sifarişlərə əsaslanan xətt yürüdürlər. Son videolar isə bu iddiaların təsadüfi olmadığını göstərən ciddi hadisədir. Əgər doğrudan da Avropa strukturlarında müəyyən qərar və təşəbbüslər lobbi şəbəkələrinin təsiri altında formalaşırsa, bu, artıq təkcə Azərbaycan üçün yox, Avropanın özü üçün də təhlükəli tendensiyadır.
Bugünkü dünyanın ən təhlükəli siyasi oyunu tanklarla və raketlərlə aparılan müharibələr deyil. Ən təhlükəli oyun "insan hüquqları", "demokratiya" və "ədalət" şüarlarının arxasında gizlənən təsir mexanizmləridir. Çünki həmin mexanizmlər artıq dövlətlərə qarşı açıq müharibədən daha təhlükəli nəticələr doğurur — regionları qeyri-sabitliyə sürükləyir, siyasi sistemlərə müdaxilə edir və beynəlxalq hüququ böyük lobbi qruplarının maraqlarına tabe etdirməyə çalışır.
Azər Niftiyev

/ azxeber.com

Siyasi       Tarix: 30 aprel 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kreml öhdəlik qoydu: 409 min nəfər orduya göndərilməlidir

Kreml regionların qarşısına bu il 409 min rusiyalını müharibəyə göndərmək öhdəliyi qoyub. KONKRET.azxəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb. "Moskva hər il cəbhəyə göndərmək üçün əsgər tapmaqd

İlham Əliyev Trampla danışdı

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb

"Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin ruhuna uyğun olaraq, Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb". xəbər verir ki, bu barədə ABŞ, Ermənistan və Azərbaycanı

Sülh Sammitinin birinci ildönümü ilə bağlı - Birgə Bəyanat

Amerika Birləşmiş Ştatları, Ermənistan Respublikası və Azərbaycan Respublikasının Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı birgə bəyanat yayıb. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliy

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. müsahibəni təqdim edir. Jurnalist: Xoş gördük, cənab Prezident

Sülh Sammitinin birinci ildönümü ilə bağlı - Birgə Bəyanat

Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycanın Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb. KONKRET.azAzərbaycan Xarici İşlər Nazirliyinin yaydığı Birgə Bəyanatı təqdim edir:

XİN Kolumbiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kolumbiyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib.  xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib. Zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınların

Paşinyan və Tramp TRIPP layihəsini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində tikinti işlərinin başlanılması ilə bağlı mövqelərin

ABŞ dövlət katibi: Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub

ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub. xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "X" hesabında Vaşinqton görüşünün birinci ildönümü ilə bağlı paylaşımında bildirib


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri cəbhədən şad xəbər metbuat en son xeberleri