Bəzi restoran və şadlıq evlərindən təqdirəlayiq addım! - Şəhidlərimiz var... - VİDEO
Bir neçə gündən sonra toy mövsümünə yenidən start veriləcək.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, əksər restoranlar toy və əyləncə proqramlarını bir müddətlik təxirə salıblar. Hələ ki, sifarişləri qəbul etmirlər. Çünki şəhidlərimiz var.
"Şəhidlər bizim and yerimizdir. Onların haqqını ödəyə bilmərik" - deyir restoran sahibləri.
Paytaxtda yerləşən bəzi restoran və şadlıq evləri əyləncə proqramlarını müvəqqəti olaraq dayandırıblar. Obyekt sahibləri bu addımı hər hansı göstəriş əsasında deyil, öz istəkləri ilə atıblar.
Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş təxribat zamanı şəhid olan qəhrəman Vətən övladlarının ruhlarına ehtiram əlamətini bu təşəbbüslə göstərməyə çalışıblar.
Günlük şou proqram çıxışları olan restoranlar bu addımı bir müddət davam etdirəcəklərini deyirlər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var