"Bəziləri elə bilir Bəhram bununla özünü reklam edir"

"Bəziləri elə bilir Bəhram bununla özünü reklam edir"Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsi davam edir.
Milli.Az bildirir ki, məsələ ilə bağlı ölkə.az-a danışan Bəhram Bağırzadənin dostu, jurnalist Sənan Şəfizadə Əməkdar artistin son vəziyyəti barədə məlumat verib.
"Son məlumat kimi onu deyə bilərəm ki, EKMO aparatına qoşulandan sonra onun vəziyyəti cüzi stabilləşib. Bəhramın sağalması üçün həkimlər əllərindən gələn koməyi əsirgəmirlər, mütəmadi xaricdəki həmkarlarıyla lazımi məsləhətləşmə aparırlar. Dövlət Bəhram Bağırzadənin durumunu öz nəzarətinə götürüb. Bəhramı hamı çox istəyir, ona görə onun tezliklə ayağa qalxması üçün dua edirik", - o qeyd edib.
"Yaxınlarının onu görməsi üçün yanına buraxırlar, yoxsa həkimlər buna icazə vermir?" sualına S. Şəfizadə belə cavab verib:
"Bu barədə heç bir məlumatım yoxdur. Biz ancaq həkim və tibbi personalla telefon əlaqəsi yaradırıq".
Daha sonra o, sonuncu dəfə Bəhram Bağırzadə ilə şənbə günü ünsiyyətdə olduğunu deyib.
"Ötən həftə Bəhramla telefonda danışanda özünü yaxşı hiss etdiyini, narahatlığa heç bir səbəbin olmadığını bildirdi. Mən də ona inandım. Sonradan vəziyyətinin ciddi olduğu məlum oldu. Demək olar ki, onunla hər gün danışırdıq. Şənbə günü mənə bir müddət telefona cavab verə bilməyəcəyini söylədi. Daha sonra isə vəziyyətinin ağırlaşdığını və Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini öyrəndim". 
Sənan Şəfizadə Bəhram Bağırzadəni xəstəliyi ilə özünü reklam etməkdə günahlandıranlara da ismarıc yollayıb.
"Bəziləri elə bilir Bəhram bununla özünü reklam edir, insan özünü sağlamlığı ilə necə reklam edə bilər? Bu cür sözləri yayanlara demək istəyirəm ki, onun heç bir reklama ehtiyacı yoxdu".
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 16 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri cəbhədən son xəbər sonxeber.az xeberler bugun 2026