Bıçaqlı şəxs polisə hücum etdi, polis xəbərdarlıq atəşi açdı
Şəmkirdə bıçaqlı şəxs polisə xəsarət yetirməyə çalışıb, polis havaya xəbərdarlıq atəşi açıb.
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, noyabr ayının 6-da axşam saatlarında Şəmkir rayon Çinarlı kəndi ərazisində hərəkətdə olan VAZ 2106 markalı avtomobil, işıq cihazlarının istifadə qaydasının pozulmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları tərəfindən sürücüyə saxla işarəsi verilib.
Yol polisi sürücüyə yaxınlaşaraq, özünü təqdim etmiş, saxlama səbəbini izah edərkən, sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etməsi barədə əsaslı şübhələr yaranıb. Polis əməkdaşının müvafiq sənədləri və həkim müayinəsi tələbinə tabe olmayan Şəmkir rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, Hüseynov özünəməxsus cib bıçağı ilə polis əməkdaşına xəsarət yetirməyə çalışıb. Aparılan profilaktiki söhbət fayda vermədiyindən polis əməkdaşı tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sürücü tərki silah edilərək, saxlanılıb və Şəmkir rayon Polis Şöbəsinə təhvil verilib.
Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var