Biləsuvarda "Hindquşu festivalı" keçiriləcək
Bu ilin 30 noyabr tarixində Biləsuvar rayonundakı Mərkəzi Parkda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm "Hindquşu festivalı" keçiriləcək.
azxeber.com xəbər verir ki, tədbirdə Salyandan Cəngi qrupu, Masallıdan Nənələr qrupu, saz, şeir deyişmələri, Basqal Arxeoloji Qoruğdan nümayəndə heyəti, ümumilikdə müxtəlif sənətkarlıq nümunələri-dulusçuluq, həsirçilik, rəsm üzrə masterclasslar, maraqlı İlan şousu göstəriləcək. Əlavə olaraq müxtəlif idman oyunları – nərd yarışı, darts yarışı, tiratma, qol güləşi, şahmat vəs təşkil olunacaq.
Festivalda qonaqların xüsusi marağına səbəb olacaq kənd həyatı və pambıq sahəsinin canlı model nümunələri göstəriləcək. Biləsuvarda olan bütün ev heyanları, eləcə də müxtəlif quş növləri nümayiş olunacaq. Festival peşəkar fotoqraf və videoqraflar tərəfindən lentə alınacaq. Festivalda məşhur aparıcı və tanınmış gülüş ustalarının iştirakı gözlənilir. Eləcə də ölkənin müxtəlif aqrar-sənaye şirkətləri, istehsal müəssisələri,sahibkarlar iştirak edəcəklər.
Qeyd edək ki, sözügedən festival artıq ənənəvi olaraq 4 ildir ki, baş tutur.


Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat