Bill Qeyts yenə ÜMİDLƏRİ ÜZDÜ: Elə fabrik yoxdur ki, sehirli şəkildə...
"Koronavirus əleyhinə peyvənd patentindən imtina pis fikirdir!.
Publika.az xəbər verir ki, bunu "Sky News"-un jurnalistləri ilə söhbət zamanı "Microsoft" korporasiyasının banisi Bill Qeyts bildirib.
Belə ki, Qeyts jurnalistin "Əqli mülkiyyət haqqı barədə qanunun ləğvi peyvəndin dünyada yayılmasına yardım edə bilərmi?" sualına "Xeyr" cavabı verib.
"Bu məsələdə işləri gecikdirən tək şey əqli mülkiyyət deyil. Sehirli şəkildə təhlükəsiz vaksin hazırlayan və təsdiq alan bir peyvənd fabriki yoxdur. Belə şeylər üçün sınaqlar olmalıdır və hər istehsal prosesinə çox diqqətlə nəzarət edilməlidir", - deyə Qeyts bildirib.
Qeyts zəngin ölkələrin ardından kasıb ölkələrin peyvəndləmə müddətinin ortalama 10 il olacağını bildirib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 147,8 milyonu keçib, 3,12 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək