Binanı tikən şəxs FHN əməkdaşlarının həmin yerə necə daxil olacağını düşünməlidir' - Deputat

Binanı tikən şəxs FHN əməkdaşlarının həmin yerə necə daxil olacağını düşünməlidir' - DeputatSon günlər ölkə ərazisində yanğınların sayının artması diqqət çəkir. Lakin bu cür halların qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində koordinasiyalı fəaliyyət müşahidə olunmur. Əksinə, bir çox hallarda məsul qurumlar problemi həll etmək əvəzinə məsuliyyəti öz üzərlərindən ataraq digər qurumların üzərinə yönəltməyə çalışırlar. Bu isə həm ictimai narazılığın artmasına, həm də real vəziyyətlə bağlı yanlış təsəvvürlərin yaranmasına səbəb olur.
Belə hadisələr yalnız maddi ziyanla məhdudlaşmır, eyni zamanda insanların ölümünə və xəsarət almasına da səbəb olur. Qurumlararası ziddiyyət və şəffaf məlumat çatışmazlığı, xüsusilə də fövqəladə hallar zamanı fake xəbərlərin yayılmasını daha da sürətləndirir. İctimaiyyət dəqiq və operativ məlumat almadıqda, sosial şəbəkələrdə müxtəlif versiyalar tirajlanır və bu, əlavə çaşqınlıq yaradır.
Bu cür hadisələr son zamanlarla məhdudlaşmır. Ötən illərdə də oxşar yanaşmaların şahidi olmuşuq. Məsələn, vaxtilə "Azadlıq" metro stansiyası yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı ilkin məlumatlarda ziddiyyət müşahidə olunmuş, hadisənin səbəbi və məsuliyyət daşıyan tərəf barədə qurumlar arasında açıqlama uyğunsuzluqları ortaya çıxmışdı.  
Milli Məclisin deputatı Fazil Mustafa azxeber.com-a açıqlamasında bildirib ki, hər sahənin idarə olunmasında məsuliyyət hissi olmalıdır:
"Hər sahənin idarə olunmasında məsuliyyət motivasiyası olmalıdır. Hər kəs bilməlidir ki, gördüyü hər bir əmələ görə məsuliyyət daşıyır. Lakin bizdə məsuliyyət anlayışı bir qədər məhdud təsəvvür olunur.  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları çox zaman böyük əziyyətlərlə üzləşirlər. Elə hallar olur ki, bina həyətlərinə belə daxil ola bilmirlər. Çünki biz heç bir işin sabahını düşünməmişik. Eyni zamanda hər hansı fəaliyyətin təhlükələrini əvvəlcədən planlaşdırmırıq. Nəticədə isə faciəvi hadisələr baş verir. Buna görə də müvafiq qurumlar nəzarəti gücləndirməlidir". 
Deputat deyib ki, cəmiyyətdə məsuliyyət duyğusunun aşağı olması bütün sahələrə təsir göstərir:
"Hər bir insan, hansı sahədə işləməsindən asılı olmayaraq, özündən sonra gələn üçün təhlükə yaratmamalıdır. Məsələn, binanı tikən şəxs sabah orada yarana biləcək riskləri və FHN əməkdaşlarının həmin yerə necə daxil olacağını düşünməlidir. Amma çox vaxt insanlar vəziyyətdən çıxmaq və məsuliyyəti gizlətmək üçün üzərlərinə düşəndən daha az öhdəlik götürürlər. Bu kimi məsələləri cəmiyyət olaraq bir-birimizə daim xatırlatmalı və məsuliyyət mədəniyyətini formalaşdırmalıyıq".
Şahanə Ziyad

Sosial       Tarix: 26 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler bugun xeberler sonxeber az valyuta mezennesi 2026