Binəqədi rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirildi - FOTOLAR

Binəqədi rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirildi - FOTOLAR23 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirildi. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin muavini, millət vəkili Eldar İbrahimov, Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Leysan Məmmədov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri Nicat Allahverdiyev, Sabir Əliyev və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edirdilər.
Tədbir  vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən  sonra açıq elan olundu.  
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Leysan Məmmədov xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əsası qoyulan uzaqgörən və müdrik siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə uğurla davam etdirilməsindən, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəmizdən,  ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından ətraflı bəhs etdi.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etdi. Hesabat məruzəsi ətrafında çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvləri İlham Rəhimli, Aydın Əliyev və Loğman Əliyev Ağsaqqallar Şurasının illik fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Rayon Ağsaqqallar Şurasının hesabatını dinləyən Azərbaycan Ağsaqqallar Şurası sədrinin muavini, millət vəkili Eldar İbrahimov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırdı.   
Növbəti çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycan dövlətinin ictimai-siyasi həyatında rayon ağsaqqallarının əhəmiyyətli rolundan danışaraq onların hər zaman dövlətə, dövlətçiliyə, sabitliyə və inkişafa xidmət etdiklərini vurğuladı.
Sonda Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev yığıncaq iştirakçılarına minnətdarlığını ifadə edib, bundan sonra da Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi.
Binəqədi rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirildi - FOTOLARBinəqədi rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirildi - FOTOLARBinəqədi rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirildi - FOTOLARBinəqədi rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirildi - FOTOLAR

Sosial       Tarix: 23 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi axsam.az xeberler metbuat xeberleri cəbhədən son xeber