Binəqədi Rayonunda "Tibb İşçilərinin Peşə Bayramı Günü" münasibətilə tədbir keçirildi

Binəqədi Rayonunda 17  iyun 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində  "Tibb  İşçilərinin Peşə Bayramı Günü" münasibətilə tədbir keçirildi.
azxeber.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak edirdilər. 
Tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova səhiyyə nümayəndələrini 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü  münasibətilə təbrik edərək, özünün inkişaf mərhələsini yaşayan Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlardan, maddi-texniki bazanın təkmilləşdirilməsindən, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət sayəsində bu sahədəki irəliləyişlərdən söz açaraq, ölkəmizdə tibb müəssisələrinin təmir və bərpasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunmasının, onların müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil etdiyini, bu fədakar peşə sahiblərinin dünyada COVİD-19 pandemiyası, Azərbaycanın Zəfər çaldığı Vətən müharibəsi dövründə böyük fədakarlıqlar göstərdiklərini  və eyni zamanda onların da sıralarında mərd oğul və qızlarımızın şəhid olduğunu vurğulayaq, həkimlərimizə böyük ehtiramını bildirdi.
Tədbirdə iştirak edən səhiyyə işçiləri tibb müəssisələrində yaradılan şəraitə və onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.
Sonda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup  tibb işçisinə Rayon İcra Hakimiyyəti başçısının adından Fəxri Fərman və gül dəstələri təqdim etdilər.
Binəqədi Rayonunda

Sosial       Tarix: 18 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilər

Dəniz mövsümünün başlaması ilə istirahət üçün dənizə üz tutanların sayı artıb. Lakin təhlükəsizlik qaydalarına əməl edilməməsi, xüsusilə də küləkli hava şəraitində dənizə girmək ciddi fəsadlara yol aça bilər. Fövqəladə Halla

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Pensiya artımı ilə bağlı mühüm xəbər

"Hazırda pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə indeksləşdirilir. Orta aylıq əməkhaqqının artım tempi 8 faiz olarsa, bütün pensiyalar da eyni – 8 faiz səviyyəsində artırılır". xəbər verir ki, bunu "

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü

Ağcabədidə "Azərişığ"ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdl

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA

"Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir". xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gune olan xeberler cəbhədən şad xəbər sou xeberler bugun sou biznes