Binəqədidə "Azərbaycan Polisi Günü" qeyd olundu - FOTOLAR

Binəqədidə 02 iyul 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 2 İyul-"Azərbaycan Polisi Günü" və Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Rasim Musabəyov, Binəqədi Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon Mühafizə İdarəsnin rəisi- polis polkovniki Rəşadət Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Polis İdarəsinin məsul əməkdaşları, veteran polis əməkdaşları, qazilər iştirak etdilər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, azadlığı, müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının, polis əməkdaşlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ölkəmizin bütün ərazilərində yüksək peşəkarlıqla dövlətə, xalqa xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edərək qeyd etdi ki, Azərbaycanın daxili işlər orqanlarının həqiqi inkişafı, onların milliləşdirilməsi biləvasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı göstərilməyə, xalqa və xidməti vəzifəsinə sədaqətli olan kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinə, onların peşəkarlıqlarının təkmilləşdirilməsinə diqqət artırılmağa başlanmışdır. Xalqımızın ümummilli lideri  Heydər Əliyev siyasətini əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli inkişaf strategiyasında da daxili işlər orqanlarına diqqət, daxili işlər orqanlarında fəaliyyət göstərən əməkdaşların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması, xidməti vəzifələrini layiqincə yerinə yetirən əməkdaşların mükafatlandırılmasına diqqət xüsusi yer tutur. 
Növbəti çıxış edən millət vəkili Kəmaləddin Qafarova polis əməkdaşlarını təbrik edərək qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 2 iyul tarixi "Azərbaycan Polisi Günü" elan olunub. Ümummilli lider Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Bu addımlar Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə özünü göstərdi.  
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında daxili işlər orqanları əməkdaşlarının ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişaf və davamlılığın, demokratiyanın bərqərar olmasında mühüm rol oynadığını qeyd edərək bildiridi ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını Vətən müharibəsində, antiterror əməliyyatları zamanı nümayiş etdirərək doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirdilər, qəhrəmanlıq salnaməsi yaratdılar.
Binəqədi Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov daxili işlər orqanları əməkdaşlarının hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə bütün güvvə və bacarıqları ilə dövlətimizə xidmət edəcəklərini qeyd etdi.
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının imzaladığı "Fəxri Fərman"la təltif olundu.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri-Teyyub Aslanovun, Gülyaz Məmmədovanın, Gülyanaq Məmmədovanın, əməkdar artist Nurlan Növrəslinin, İlhamə Qasımovanın, Yaqut Xəlilzadənin ifasında biri-birindən gözəl musiqilər səsləndi, "Odlar yurdu" rəqs ansamblının gözəl rəqsləri nümayiş olundu.  
Sonda xatirə şəkli çəkildi.
Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə / azxeber.com

Sosial       Tarix: 03 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son durum son xeberler bugun 2026 muharibe kriminal bugun qurban bayrami 2026