Binəqədidə "Azərbaycan Səninlədir- Sənsiz deyil!" adlı tədbir keçirilib

Binəqədidə 10 iyun 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsi və 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli 3069 saylı Sərəncamının icrası məqsədilə Binəqədi rayon orta ümumtəhsil və incəsənət məktəblərinin şagirdlərinin təqdimatında "Azərbaycan Səninlədir- Sənsiz deyil!" 10-cu Yaradıcılıq Festivalı qaliblərinin "15 iyun–Milli Qurtuluş Günü"nə həsr olunmuş bayram konserti keçirilmişdir. 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev,  YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri – Madər Musayev, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Cavid Osmanov, Arzu Nağıyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri cənab Elmin İmanov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının  Daimi Nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi cənab İbrahim Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, şəhid ailələrinin üzvləri, qazilər, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, orta ümumtəhsil, məktəbəqədər və incəsənət məktəblərinin rəhbərləri və müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri  iştirak edirdilər. Tədbirdən öncə qonaqlar Ulu Öndərin Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılan büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini böyük ehtiramla yad etdilər.
  Festival Azərbaycan Respublikasının  müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan, xalqın xilaskarı ulu öndər Heydər Əliyevin, Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.   Çıxışlardan öncə  artıq onuncu ildir qeyd edilən festivalda iştirakçılarının ötən dövrü ərzində əldə olunan uğurları haqqında məlumat verildi, əvvəlki festivalların fəaliyyətini əks etdirən fotolar nümayiş olundu. Festivalda münsiflər heyətinin seçim turları nəticəsində musiqi, ifaçılıq, rəqs, rəssamlıq və bədii qiraət üzrə 280-dən çox məktəbli arasında 145 nəfər məktəbli qalib seçilmişdir.  Qalib iştirakçılar  müxtəlif nominasiyalar üzrə ifalarını nümayiş etdirdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev   qonaqları salamlayaraq deyd etdi ki,  tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş  1993-cü il ilin 15 iyun tarixi onu dərindən dərk edənlər, Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün üçün çox əziz tarix, əsil qurtuluş  tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona dayaq olan dahi insan – ulu öndər Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyev İlham Əliyev haqqında "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" demişdi. Həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu bütün dünyaya göstərdi. Xalq, igidlər ancaq inandıqları sərkərdələrin, ədalətli  döyüşün, doğma Vətən, ana torpaq üçün başlanan haqq savaşının ardınca könüllü gedir.  44 günlük Vətən müharibəsində olduğu kimi. Bu, bizim Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi möhtəşəm tarixi Qələbəmiz və Zəfərimiz oldu.
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev qeyd etdi ki, bütün bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. 15 İyun - Milli Qurtuluş Günü təkcə dövlətçiliyimizin xilası deyil, bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. 
Millət Vəkili Eldar İbrahimov müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu haqqında məlumat verərək qeyd etdi ki, Ulu Öndərin zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. 
Çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov ulu öndər Heydər Əliyev kimi fenomenal bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsinin tarixi hadisə olduğunu vurğuladı. Müstəqil Azərbaycan dövlətinin qurucusu  kimi milli dövlətçiliyimizin ideyasının əsasını da məhz ulu  öndər Heydər Əliyev yaratmışdır. Əgər dönüb arxaya, keşməkeşli müstəqillik tariximizə, təlatümlərlə dolu illərə nəzər salsaq bir daha ümummilli liderin ucalığının şahidi olarıq. Ulu Öndər Heydər Əliyev zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: "Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".  
Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov qeyd etdi ki, Ulu Öndər elm və təhsilə xüsusi həssaslıqla yanaşıb, bu sahəyə daim qayğı göstərib. Ümummilli Lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, "təhsil sahəsi   cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır". 
Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanılıb. Bu gün dahi şəxsiyyətin həyatımızın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.
Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə

Sosial       Tarix: 11 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu gun sosial yardim en son xeberler bu gun axsam.az xeberler