Binəqədidə "Bir əsrin dahisi" adlı möhtəşəm konsert proqramı keçirildi - FOTOLAR
10 may 2023-cü il tarixində Binəqədi rayonunda Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin SPACE müstəqil teleradio şirkəti ilə birgə təşkil etdiyi müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "BİR ƏSRİN DAHİSİ" adlı möhtəşəm konsert proqramı təşkil olunub.
Konsert proqramında Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, SPACE müstəqil teleradio şirkətinin rəhbəri Vado Korovin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın struktur bölmələrinin rəhbərləri və əməkdaşları, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, SPACE müstəqil teleradio şirkətinin məsul əməkdaşları, rayon sakinləri və qonaqlar iştirak edirdilər.
Konsert proqramında xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti, keçdiyi həyat yolu, xalqını azadlığa apardığı yolda üzləşdiyi çətinliklər haqqında məlumat verildi, əziz xatirəsi minnətdarlıqla anıldı. Tanınmış incəsənət nümayəndələrinin, müğənnilərin və rəqs qruplarının ifasında biri-birindən gözəl musiqi nömrələri tədbir iştirakçılarına yüksək əhval-ruhiyyə bəxş etdi.
Konsert proqramı atəşfəşanlıqla sona çatdı.






/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi