Binəqədidə humanitar aksiya keçirildi - FOTOLAR
14 aprel 2023-cü il tarixində əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil Səyyar Klinikası ilə birlikdə Binəqədi rayonunun Xocasən qəsəbəsində humanitar aksiya həyata keçirilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil Səyyar Klinikasının peşəkar həkim heyəti Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün dövlətimiz tərəfindən inşa olunmuş mənzillərdə yaşayan sakinlərə tibbi xidmət göstərib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova müayinədən keçən sakinlərlə görüşərək onların hər birinə cansağlığı arzu edərək həkimlərə təşəkkürünü bildirdi. Ən müasir tibbi avadanlıqlarla təhciz olunmuş Mərkəzinin avtomobil Səyyar Klinikasında 125 nəfər rayon sakini yüksək səviyyədə göz müayinəsi və həkim konsultasiyası xidmətlərindən yararlanıb.
Rayon sakinləri şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını, keçirilən humanitar aksiya çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin peşəkar həkim komandasına təşəkkürlərini bildirdilər.




/ azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur