Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib' - Təhsil eksperti

Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib' - Təhsil ekspertiXəbər verdiyimiz kimi, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı sosial şəbəkələrdə və mətbuatda geniş rezonans doğurub. 
Belə ki, məktəb direktoru Lamiyə İlhamsoy müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti aşağılayıb. O, müəllimlərə "Mənə dilənçi payı lazım deyil" deyə irad bildirib. Bütün bunlar yayılan səs yazısında əks olunub.
Yaılan səs yazısı ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru Lamiyə İlhamsoy tutduğu vəzifəsindən azad edilib. 
Artıq neçənci dəfədir ki, MÜDTA direktorlara qarşı sərt addımlar atır, onlar işdən çıxarılır. Ancaq görünən odur ki, bəzi məktəb direktorları  bu addımlardan dərs almır, analoji hadisələr yenidən təkrarlanır. 
Bəs məktəblərdəki neqativ halların qarşısını almaq üçün nə etmək lazımdır?
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov azxeber.com-a açıqlamasında məktəbin biznes obyekti olmadığını deyib:
Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib' - Təhsil eksperti"Hər kəs təhsil sahəsinə müqəddəs və önəmli yanaşmalıdır. Biz təhsilimizin və müəllimimizin nüfuzunu daim qorumalıyıq. Çalışmalıyıq ki, bu nüfuz, bu yanaşma qorunub-saxlanılsın. Bunun nəticəsi olaraq təhsilimizin daha da güclənməsi, inkişaf etməsi üçün əlimizdən gələni etməliyik. Bu gün üçün bu prioritet olaraq götürülməlidir. Müəllimlər də bilməlidir ki, cəmiyyətin gözü onlardadır. Hansısa addımı atırlarlarsa, onun mənfi nəticəsi də olacaq. Hər bir müəllim də, direktor da çalışmalıdır ki, müəllim nüfuzuna xələl gətirməsin, onun nüfuzunu pozmasın. Hesab edirəm ki, burada hər şey müəllimin özündən asılı olan məsələlərdir. Müəllimlər bilməlidir ki, məktəbin imici daim qorunmalıdır. Məktəb biznes müəsisəsi və ya obyekti deyil. Məktəb gənclərin tərbiyəsini formalaşdıran və buna öz töfhəsini verən bir təhsil ocağıdır.
Millət vəkili həmçinin məktəb direktorlarını bu vəzifəyə təyin edərkən də diqqətli olmağı lazım bilib:
"Biz məktəb direktorlarını seçərkən maksimum diqqətli olmalı, onların seçimi zamanı maksimum həssaslıq nümayiş etdirməliyik. Onların dünyabaxışı, keçdikləri yol ciddi süzgəcdən keçirilməlidir. Onların fəaliyyətinə qiymət həm də etika, tərbiyə baxımından da verilməlidir. Yəni direktor vəzifəsinə qəbul olunan şəxslərlə bağlı ciddi araşdırma aparılmalıdır. 
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı azxeber.com-a açıqlamasında məktəblərin kommersiya məkanına, direktorların isə şəxsi bizneslərini idarə edən sahibkarlara bənzədiyini bildirib:
Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib' - Təhsil eksperti"Bir çox direktor üçün rüşvət almaq artıq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib. Məktəblər kommersiya məkanına, direktorlar isə şəxsi bizneslərini idarə edən sahibkarlara bənzəyir. Onların əksəriyyəti rüşvətlə işlədiklərini bilə-bilə və buna görə cəzalandırılanların olduğunu görə-görə yenə də bu sistemin içində qalmağa davam edirlər. Bunun isə bir neçə əsas səbəbi var.
Birincisi, məktəb direktorları çox yaxşı başa düşürlər ki, təhsil sistemi özü dəyişmədikcə, ayrı-ayrı şəxslərin cəzalandırılması problemin köklü həlli deyil. Yəni bir neçə direktor işdən çıxarılsa da, məktəblərdə rüşvət mexanizmi olduğu kimi qalır. Çünki hələ də məktəblərə direktor təyinatında şəffaflıq tam təmin olunmayıb. Bəzi direktorlar hələ də bu vəzifələrə şəxsi əlaqələr qarşılığında təyin edilir. Bir şəxs məktəbə rüşvət qarşılığında direktor təyin olunubsa, o, əlbəttə ki, öz vəzifəsini itirməmək və daha çox gəlir əldə etmək üçün rüşvət mexanizmini davam etdirəcək.
İkincisi, məktəblərdə müəllimlərin işə qəbulundan tutmuş, sinif rəhbərliyinə və əlavə dərs saatlarına qədər hər şeyin qeyri-rəsmi pulla həll edilməsi artıq açıq sirrə çevrilib. Direktorlar yaxşı bilirlər ki, məktəbdə müəllimlərdən rüşvət tələb edənlər yalnız onlar deyil. Bütün təhsil sistemində eyni mexanizm işləyir. Ona görə də, "mən bunu etməsəm, başqası edəcək" prinsipi ilə hərəkət edirlər.
Üçüncüsü, rüşvət sistemi uzun illər məktəblərdə davam etdiyi üçün bu, artıq normal qəbul edilir. Hər kəs bu sistemin içində olduğu üçün ona qarşı çıxmaq və dəyişdirmək mümkün görünmür. Direktor bilir ki, valideynlərdən pul yığsa, müəllimlər sinif rəhbərliyi üçün pul versə, vəzifəsini qoruyub saxlaya bilər. Əksinə, əgər pul yığmağı dayandırsa, başqa bir direktor gələcək və eyni sistemi davam etdirəcək. Bu, dəyişməz bir qayda kimi qəbul edildiyindən direktorlar işdən çıxarılanların aqibətindən qorxmur, çünki sistemin işlədiyini görürlər.
Dördüncüsü, rüşvətlə bağlı araşdırmalar əsasən səs yazıları və video materiallar yayıldıqdan sonra başlayır. Əgər bir direktor rüşvət alırsa, amma onun əleyhinə konkret fakt ortaya çıxmayıbsa, işinə davam edir. Ona görə də bəzi direktorlar ehtiyatlı davranır, amma rüşvət mexanizmini tam dayandırmır. Yəni, əgər səs yazısı yoxdursa, "mənim başıma bir iş gəlməz" düşüncəsi ilə fəaliyyətlərini davam etdirirlər".
"Bəs niyə belə halların qarşısı alınmır?" sualına ekspert belə cavab verib:
"Çünki mövcud sistem yalnız fərdləri cəzalandırmaqla kifayətlənir, amma rüşvət mexanizmini dəyişmir. Əgər həqiqətən də rüşvətin qarşısı alınmaq istənilirsə, təkcə bəzi direktorların işdən çıxarılması kifayət etmir. Bunun üçün:
1. Direktor təyinatı tam şəffaf şəkildə aparılmalıdır.
Hazırda məktəb direktorları bəzən tanışlıq və ya qeyri-rəsmi yollarla təyin edilir. Əgər direktorlar rüşvət qarşılığında vəzifəyə gələrsə, onlar da rüşvət mexanizmini davam etdirmək məcburiyyətində qalacaq. Təhsil Nazirliyi bu təyinatları ciddi nəzarətə götürməli və tam şəffaf şəkildə direktor olmaq mümkün olmalıdır.
2. Məktəblərdə rüşvət mexanizmini təşviq edən səbəblər aradan qaldırılmalıdır.
Məktəblərdə qeyri-rəsmi pul yığımı niyə baş verir? Çünki müəllimlər sinif rəhbərliyi üçün, əlavə dərs saatları üçün pul verir. Valideynlərdən müxtəlif adlar altında pul yığılır. Əgər məktəbdə maliyyə şəffaflığı təmin olunmazsa, bu halların qarşısı tamamilə alına bilməz. Direktorlar da bu sistemin bir parçası olaraq çalışır və öz maraqlarını güdür.
3. Direktorların fəaliyyətinə real və davamlı nəzarət olmalıdır.
Hazırda məktəblərdə yoxlamalar əsasən formal xarakter daşıyır. Əgər nazirlik məktəb direktorlarının fəaliyyətini real nəzarət altına alsa və rüşvət halları ilə bağlı şikayətlərə operativ reaksiya versə, bu hallar azalar. Hazırda isə çox vaxt yalnız ictimaiyyətə məlum olan qalmaqallı hallarda reaksiya verilir.
4. Cəzalar sərtləşdirilməlidir.
Hazırda məktəb direktorları yalnız işdən çıxarılmaqla cəzalandırılır. Lakin ciddi rüşvət faktları aşkar edilərsə, hüquqi məsuliyyətə cəlb olunmalı, hətta cinayət işi açılmalıdır. Əgər bir neçə direktorun rüşvətə görə həbs edildiyi görünərsə, digər direktorlar üçün bu, daha ciddi siqnal olar.
5. Valideynlər və müəllimlər də bu məsələlərə qarşı çıxmalıdır.
Əgər məktəblərdə rüşvətin tam qarşısı alınacaqsa, bu, yalnız nazirliyin və hüquq-mühafizə orqanlarının işi olmamalıdır. Valideynlər və müəllimlər də bu halları ictimailəşdirməli, etiraz etməli və rüşvət verməkdən imtina etməlidir. Əgər cəmiyyət bu cür hallara göz yumursa, sistem dəyişməyəcək.
Bütün bunları nəzərə aldıqda, məktəb direktorlarının rüşvətdən əl çəkməməsinin əsas səbəbi təhsil sisteminim onları buna vadar etməsi və real nəzarət mexanizminin olmamasıdır. Tək-tək direktorların işdən çıxarılması bu problemi həll etmir, çünki yerinə gələnlər yenidən eyni üsulla işləməyə davam edirlər. Əgər bu gün rüşvət mexanizmi tamamilə aradan qaldırılmazsa, sabah yeni direktorlar da eyni yolu gedəcək.
Əgər Təhsil Nazirliyi həqiqətən bu problemləri aradan qaldırmaq istəyirsə, yalnız fərdi cəzalandırmalarla kifayətlənməməli, bütün təhsil sistemində rüşvəti qidalandıran mexanizmləri ləğv etməlidir. Əks halda, direktorlar bir-bir işdən çıxarılacaq, amma rüşvət və qeyri-rəsmi pul yığımı davam edəcək.
Qeyd edək ki, bir neçə gün öncə paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul,  məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib, müvafiq tapşırıqlar verilib.
Günel Hüseynli
Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.
Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib' - Təhsil eksperti

Sosial       Tarix: 04 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? - AÇIQLAMA

Bu yay istirahət planlayanlar üçün ən vacib suallardan biri hansı ölkələrin daha sərfəli olmasıdır. Qiymət dəyişiklikləri və tur paketlərinin artıb-azalması seçimlərə birbaşa təsir göstərir. Buna görə də turistlər büdcələrin

Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında

İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər. Səfər çərçivəsind

Azərbaycanın xarici dövlət borcu azalıb

2026-cı il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, ölkənin xarici dövlət borcu ötə

Nərimanovda evdən 70 min manatlıq qızıl oğurlandı

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb. xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarını

"WhatsApp"da mesaj göndərmək üsulu dəyişdi

"WhatsApp" məxfilik funksiyalarını genişləndirməyə hazırlaşır. xəbər verir ki, platforma artıq mətn mesajları üçün də "bir dəfə bax" (View Once) funksiyasını sınaqdan keçirir. Bu yenilik sayəsində istifadəç

Bu şəxslər hərbi xidmətə aparılmır

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edir. bildiri

Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı müzakirələr davam edir. Deputat Vüqar Bayramov bildirib ki, bu məsələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının daha bir partiyasının göndərilməsi nəzərdə tutulur. KONKRET.azapa-ya istinadən xəbər verir ki, Biləcəri stansiyasından 17 vaqonla ümumilikdə 984 ton dizel yanacağı yol

Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz

Yeni həftə bir çox bürclər üçün dəyişikliklər, yeni imkanlar və mühüm qərarlarla yadda qala bilər. . xəbər verir ki, astroloqların proqnozlarına görə, bəzi bürclər iş həyatında uğur qazanacaq, digərləri isə şəxsi münasibətlərd


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber 2026 axsam.az xeberler butun xeberler xeberler bu qun