Bir fotonun göndərdiyi diplomatik mesaj
Bir fotonun göndərdiyi diplomatik mesaj
Yeni Xarici İşlər nazirimiz Ceyhun Bayramov ölkə xaricinə ilk səfərini məhz qardaş Türkiyəyə etdi.
Bu səfər Prezident cənab İlham Əliyevin xarici siyasətdə müəyyən etdiyi prioritetin icra baxımından tərkib hissəsi və ictimai nümayişidir.
Ermənistanın Tovuz istiqamətində hərbi-siyasi təxribatı fonunda Rusiya-Ermənistan hərbi təlimlərindən dərhal sonra Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin baş tutması regional və geosiyasi maraqların Ermənistan-Azərbaycan münaqişəsinə fokuslanmasının təzahürüdür.
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın avqustun 11-də ölkəmizin Xarici İşlər və Müdafiə nazirlərini eyni vaxtda qəbul etməsi, qəbuldan yayımlanan foto ilk növbədə Ermənistana, münaqişədə marağı olan tərəflərə diplomatik mesajdır.
Mesajın mənası budur ki, Azərbaycan ərazilərinin qanlı-qadasız sahibinə qaytarılması üçün danışıqlar qapısı işğalçı Ermənistanın üzünə hələ qapanmayıb, belə bir şansı qalmaqdadır.
Əks təqdirdə, Azərbaycan öz torpaqlarını geri qaytarmaq məqsədilə BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinin, beynəlxalq qanunvericiliyin ona verdiyi hüquqdan istifadə haqqını özündə saxlayır və bundan imtina etməyəcək.
Türkiyə Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlunun "Görəcəyimiz çox iş, nail olacağımız çox məsələ var" ifadəsi foto vasitəsi ilə göndərilən diplomatik mesajdakı siyasi iradənin davamı, Türkiyə-Azərbaycan qardaşlığının səmimi ifadəsidir.
Ülvi Quliyev
Milli Məclisin deputatı /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə