"Bir neçə saatlıq antiterror əməliyyatı bizə bəs edir ki, istəyimizə çataq"- Fəzail Ağamalı
Ermənitanın təxribatlarına və Nikol Paşinyanın 16 iyunda verdiyi bəyanata Azərbaycan Xarici İşlər Nazirliyidən münasibət bildirilib.
Qeyd edilib ki, 16 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı Laçın dövlət sərhədindən buraxılış məntəqəsi təsis olunmasının "gərgin humanitar vəziyyət" yaratdığı, Azərbaycanın "erməni sakinlərin gündəlik tələbat malları və tibbi məhsullarla təmin olunmasınının qarşısını aldığı", "etnik təmizləmə siyasəti həyata keçirdiyi", Azərbaycanın guya sərhədboyu ərazilərdə təxribat törətdiyi barədə növbəti dəfə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.
Bəs son baş verənlər prossesin hara getdiyi göstərir?
Bununla bağlı Milli Məclisin deputatı Fəzail Ağamalı azxeber.com-a açıqlama verib.
O bildirib ki, Ermənistanda sülh sazişinin imzalanmasını istəməyən qüvvələr var:
"Ermənistan Silahlı Qüvvələrində Rusiyaya bağlı, Kremlin tapşırığını yerinə yetirən generalların böyük gücü var. Paşinyan özünü sülhsevən dövlət başçısı kimi göstərməyə çalışır, sülh göyərçini kimi göylərdə qanad çalır, ancaq mövqeyi qyeri-müəyyəndir. Təxribatlarla Ermənistan üçün əlverişli vəziyyət yaratmağa çalışırlar. Ola bilsin ki, daxildə Paşinyana qarşı kəskin mövqe tutanların da gərginliyin yaranmasında rolu böyükdür. Onlar ermənilərin bizim cəmiyyətə inteqrasiyasının reallaşmasına əngəl olmaq istəyirlər".
Fəzail Ağamalı qeyd edib ki, atəşkəsin pozulması ilə prosesi dəyişmək üçün müxtəlif manevrlər etməyə çalışırlar:
"Lakin təxribatlar əbəsdir. Silahlı Qüvvələrimiz yüksək hazırlıq səviyyəsindədir. Bu cür təxribatlar perspektivsizdir. Özləri də anlayırlar ki, məğlub ölkədirlər.
Ümumiyyətlə, Qarabağdakı separatçılar, Ermənistanın orda qalan sınıq-salxaq terrorçu dəstələri bir neçə saatlıq antiterror əməliyyatı ilə məhv edilə bilər".
Şəbnəm Zahir

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi