Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidentinə müraciət etdi

Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidentinə müraciət etdiBir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula fon der Layenə müraciət ediblər.
Bu barədə azxeber.com-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Onlar müraciətdə Ermənistanın törətdiyi etnik təmizləmə və digər insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, eləcə də qadın və uşaqların xüsusi ehtiyacları nəzərə alınmaqla, azərbaycanlıların öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına Avropa Komissiyasının praktik yardımlarını xahiş ediblər.
Qərbi Azərbaycandan olan ziyalı qadınlar və gənc tələbə qızların imzaladığı müraciətdə aşağıdakılar bildirilir:
"Ermənistandan qovulmuş azərbaycanlı qadın və qızlar adından bu məktubu Sizə yazaraq davam edən iztirablarımızı diqqətinizə çatdırmaq istərdik. 1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasının məramı Ermənistanda öz evlərini tərk etməyə məcbur olmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək və onların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək məqsədi daşıyır.
Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi total etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu, icmamıza dağıdıcı təsir göstərib və xüsusən qadınlar və qızlarımızı böyük əzablara düçar edib.
Qeyd etmək istərdik ki, Qərbi Azərbaycan İcması BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun olaraq qadınlar, sülh və təhlükəsizlik gündəliyinə xüsusi önəm verir. Təşkilatımızın hazırladığı Qayıdış Konsepsiyasında qadınlar, uşaqlar və sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin maraqları əsas prioritet hesab edilir və bu sahədə beynəlxalq səviyyədə qəbul edilmiş mütərəqqi yanaşma və standartların, o cümlədən qadınlar, sülh və təhlükəsizlik gündəliyinin qayıdış prosesində mərkəzi rol oynaması nəzərdə tutulur.
Biz əminik ki, qadınların rolunun artırılması dinc və sabit cəmiyyət yaratmaq üçün vacibdir və biz bu gündəliyi təşviq etməyə sadiqik. Müvafiq olaraq, repatriasiya və reinteqrasiya prosesinin davamlı və effektiv olmasını təmin etmək üçün qadınların bu prosesdə fəal iştirakını nəzərdə tuturuq.
Biz həmçinin vurğulamalıyıq ki, Ermənistan təkcə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməklə kifayətlənməyib, həm də Ermənistandakı Azərbaycan mədəni irsini sistemli şəkildə məhv edib. Mədəni və dini abidələrin, o cümlədən məscidlərin, qəbiristanlıqların və digər müqəddəs yerlərin məhv edilməsi azərbaycanlılara böyük ağrı və iztirablar gətirməklə yanaşı, beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozur. Bundan əlavə, son otuz il ərazində Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə şərait yaratmaqdan imtina edib, hərçənd belə səfərlər sülh və barışıq üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan mədəni irsinə qarşı bu qeyri-insani rəftar və onlara girişin qadağan edilməsi regionda gərginliyi daha da artırır.
Bildiyiniz kimi, təşkilatımızın məramları barədə məlumatlılığı artırmaq və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün səylərimizə siyasi dəstək əldə etmək üçün az öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə məktub yazmışıq. Fürsətdən istifadə edərək, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılmasında Aİ-nin vasitəçi rolunu müsbət müstəvidə qeyd etmək istərdik. Hesab edirik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtması, reabilitasiyası və reinteqrasiyası məsələsi bu diplomatik səylərin mərkəzində olmalıdır.
Sözsüz ki, geri qaytarma prosesi beynəlxalq ictimaiyyətdən həm də əsaslı praktiki dəstək tələb edəcək. Biz Avropa Komissiyasının ümumilikdə qayıdışımız üçün və ələlxüsus azərbaycanlı qadın və qızların Ermənistana repatriasiyası, reabilitasiyası və reinteqrasiyası zamanı xüsusi ehtiyaclarının ödənilməsinə xidmət edən proqramların işlənib hazırlanması və həyata keçirilməsi üçün müvafiq praktiki yardımını yüksək qiymətləndirərdik.
Nəhayət, bir qadın və ana kimi Sizin şəxsi dəstəyinizə və Ermənistanın həyata keçirdiyi etnik təmizləmə nəticəsində əziyyət çəkən azərbaycanlı qadın və qızların iztirablı vəziyyətinə anlayış göstərməyinizə bel bağlayırıq.
İnanırıq ki, biz qovulmuş azərbaycanlıların, xüsusən də qadın və qızların təhlükəsiz və ləyaqətlə geri qayıtmalarını təmin etmək və bununla da onların parlaq gələcəyini təmin etmək üçün Sizin dəstəyinizlə uğurla çalışa biləcəyik".

Sosial       Tarix: 11 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda bu göyərti növünün qıtlığı yaranıb - Səbəb açıqlandı

İyunun ortaları olmasına baxmayaraq, paytaxtın bir sıra bazarlarında keşniş tapmaq çətinləşib. Satıcılar bildirirlər ki, məhsulun azlığı həm qiymətlərə təsir edib, həm də alıcıların narazılığına səbəb olub. Bəzi vətəndaşla

WhatsApp'da nömrəsiz mesajı belə göndərmək olar

"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi yeni funksiyanı təqdim etməyə hazırlaşır. -a istinadən xəbər verir ki, dünyada ən populyar mesajlaşma tətbiqlərindən biri olan WhatsApp gizliliyi artıracaq "istifadəç

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkd

Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək

Avro, dollar və yuan arasında qlobal valyuta rəqabəti XXI əsrin ən mühüm iqtisadi proseslərindən biridir. Son illərdə "dedollarizasiya" haqqında çox danışılır, lakin rəqəmlər göstərir ki, ABŞ dolları hələ də düny

WhatsApp'da mesaj menyusu dəyişdi

"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir. -a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən

20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır

Lənkəranda velosipedçini avtomobil vurub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib. Belə ki, Yuxarı Nüvədi kənd sakini 2006-cı il təvəllüdlü Elvin Murad oğl

Bu gün yay Azərbaycana daxil olacaq

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. -a istinadən xəbər verir ki, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır

Küvəzdə qalan körpələr 'dahi' olmur - Həkim həqiqəti açıqladı

Küvəzdə qalan uşaqların gələcəkdə dahi olması və ya cinsi problemlər yaşaması ilə bağlı cəmiyyətdə müxtəlif iddialar mövcuddur. Tibb mütəxəssisləri inkubator mühitinin gələcək zehni qabiliyyətlərə və ya bioloji reprodukti

AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 22-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. -a AMB-dən verilən məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat təşkil edib. Digər əsas valyutalara gəlincə


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezenesi son xeberler 2026 en son xeber son xabar