Bir sıra məhsullar bahalaşıb - Dövlət Xidmətindən açıqlama

Bir sıra məhsullar bahalaşıb - Dövlət Xidmətindən açıqlamaİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əsas yer tutan ərzaq məhsulları bazarında qiymət dəyişiklikləri üzrə monitorinqləri gücləndirir.
azxeber.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, Nazirlər Kabinetində "İnflyasiya və Qiymət Monitorinqi" üzrə İşçi Qrupun növbəti iclasında sosial əhəmiyyətli ərzaq məhsullarındakı qiymət dəyişikliklərinin səbəblərinin müəyyən edilməsi və əsassız qiymət artımına qarşı tədbirlərin görülməsi istiqamətində aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Qeyd olunan tapşırıqlardan irəli gələrək Dövlət Xidməti öz mandatı çərçivəsində ərzaq məhsulları bazarında qiymətlərə təsir gücünə malik olan və hökmran mövqeyindən sui-istifadə edərək qiymət artımlarına səbəb olan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verən təsərrüfat subyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı fəaliyyətini genişləndirəcək.
"Dövlət Xidməti mütəmadi əsaslarla istehlak bazarında qiymət monitorinqi və rəqabət təhlilləri aparır. Bu il qurum minimum istehlak səbətinə daxil olan və əhalinin ərzaq təminatında əsas yer tutan qida məhsulları, o cümlədən un və un məmulatları, şəkər tozu, iri və xırdabuynuzlu heyvan əti, toyuq əti, kərə yağı, düyü, qarabaşaq, ağartı məhsullarının və s. qiymətləri ilə bağlı monitorinqlər aparıb.
Oktyabrın 13-nə olan məlumata əsasən, ötən il ilə müqayisədə cari ilin oktyabr ayında aparılan monitorinqlər zamanı şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğan qiymətlərində artımlar müşahidə edilib. Bəzi məhsul kateqoriyaları üzrə isə qiymətlərin enməsi qeydə alınıb. Bu məhsullara çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsaq daxildir. Bundan əlavə, 1 kq-lıq qablaşdırmada təqdim edilən un qiymətlərində artım müşahidə olunsa da, 50 kq-lıq un kisəsinin qiymətində azalmalar baş verib.
Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması və bazarda rəqabətin təmin olunması məqsədilə bu ilin II rübündən etibarən iri və xırdabuynuzlu heyvan əti bazarı və ümumilikdə kənd təsərrüfatı sektorunda müxtəlif təchizat zəncirləri üzrə qiymət artımı səbəblərinin bazarın rəqabət vəziyyəti ilə əlaqəli olub-olmamasının araşdırılması məqsədilə geniş təhlil və araşdırmalara başlayıb.
Aparılan araşdırmaların nəticələrinə əsasən, heyvandarlıq (iri və xırdabuynuzlu heyvan əti) və bitkiçilik istiqamətləri (kartof, soğan, pomidor və s.) üzrə müxtəlif dəyər zəncirlərində fəaliyyəti əsasən ailə kəndli-təsərrüfatlarının, fərdi sahibkarların həyata keçirdiyi müəyyən edilib. Bununla belə, kənd təsərrüfatı sektorunda müəssisə əsaslı satış və istehsalın zəif olması, regional topdansatış məntəqələrinin az olması və digər amillərin istehsal xərclərini artırdığı müəyyən olunub.
Dövlət Xidməti bazarda apardığı monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallarl aşkar etdiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görəcək", - deyə məlumatda qeyd olunub.

İqtisadiyyat       Tarix: 16 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler son xeber az cəbhədən son məlumatlar bu gunun xeberleri