Birbank 'Bahar' lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Birbank 'Bahar' lotereyasının qaliblərinə hədiyyələr təqdim olunduMüştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib.
5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər. 
Lotereyanın superprizi olan Toyota Corolla avtomobilini qazanan Murad bəy hələ də hadisənin çaşqınlığından çıxa bilmədiyini vurğulayıb. "Qalib olmaq üçün xüsusi heç nə etməmişəm. Sadəcə gündəlik alış-verişlərimi Birbank tətbiqi vasitəsilə sifariş etdiyim Birbank Star kartı ilə edirdim, avtomobil qazanacağımı isə heç vaxt düşünməzdim. Əsas hədiyyəni qazandığımı eşitdiyim an mənim üçün sözün əsl mənasında unudulmaz oldu. Birbank-a müştərilər üçün belə bir imkanı yaratdığı üçün təşəkkür edirəm". 
"Kontakt Home"dan hədiyyə kuponu qazanan Sevinc xanım qaliblər arasında olduğunu öyrənəndə çox təəccübləndiyini və sevindiyini bildirib: "Çox sevincliyəm. Məncə bu cür aksiyalar müştəriləri motivasiya etməklə yanaşı, gündəlik bank xidmətlərindən istifadəyə də əlavə maraq yaradır".
"iPhone 16 Pro" qazanan Natavan xanım isə lotereyada hədiyyə qazanacağını heç vaxt düşünmədiyini qeyd edib: "Birbank tətbiqindən adi qaydada, demək olar ki hər gün istifadə edirəm. Kampaniya dövründə onlayn şəkildə kredit əldə etdim, bir müddət sonra isə qalib olduğumu öyrəndim. Mənim üçün çox gözlənilməz oldu. Belə lotereyaları tez-tez edin ki, hamı faydalansın". 
Qeyd edək ki, Bahar lotereyasında 45 nəfər "Bravo" marketdən 50 AZN-lik kupon, 25 nəfər "Kontakt Home"dan 200 AZN dəyərində hədiyyə kartı, 15 nəfər "PAŞA Travel"dan 500 AZN-lik ölkədaxili səyahət paketi qazanıb. Əlavə olaraq, 10 nəfər "Apple Watch Series 8", 4 nəfər "iPhone 16 Pro", 1 nəfər isə lotereyanın superprizi olan "Toyota Corolla" avtomobilinə sahib olub. Lotereyanın şərtlərinə əsasən   Birbank tətbiqindən və ya birbank.az, kapitalbank.az saytlarından nağd pul krediti, Birbank Star kredit kartı və ya istənilən Birbank taksit kartı, eləcə də m10 tətbiqindən nağd pul krediti, Birmarket-dən (Red: Umico 1 iyul 2025-c il tarixindən etibarən fəaliyyətini Birmarket olaraq davam etdirir) kredit əldə edən, həmçinin əldə etdiyi Birbank Star kredit kartı və istənilən Birbank taksit kartı ilə Birmarket.az-dan alış-veriş edən minlərlə müştəri iştirak şansı qazanırdı. 
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.  / azxeber.com

İqtisadiyyat       Tarix: 02 iyul 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler xeber.az 2026 hava proqnozu zelzele