"Birbank" tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Kapital Bank-ın təşəbbüsü ilə 2023-cü ildə start verilən "Birbank" tələbə təqaüd proqramı uğurla yekunlaşıb. Proqramın ilk seçim mərhələsinə 3000-dən çox tələbə müraciət edib, onlardan seçilən 15 nəfər namizəd "Birbank təqaüdçüsü" adını qazanaraq iki il ərzində ayda 300 AZN məbləğində təqaüd almaq imkanını əldə edib.
Təqaüdçülər ölkəmizin 8 aparıcı ali təhsil müəssisəsində kompüter elmləri, informasiya texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə məzun olublar. Onlar bu müddət ərzində yalnız maddi dəstək deyil, həm də Kapital Bank-da real iş təcrübəsi, müxtəlif peşəkar təlim və seminarlar, həmçinin mentor dəstəyi ilə fərdi inkişaf imkanları əldə ediblər.
Layihənin bağlanış mərasimində Kapital Bank-ın İstedadların idarə olunması departamentinin direktoru Aygün Həsənova iştirakçılara iki il ərzində qazandıqları bilik və təcrübələr, həmçinin gələcəkdə tələbələrin inkişafına yönəlik bu tipli proqramların daha da təkmilləşdirilməsi üçün hansı təşəbbüslərin həyata keçirilə biləcəyi ilə bağlı suallar ünvanlayıb.
Xüsusilə qeyd edək ki, proqramın iki məzunu Samin Hüseynov və Yaqub Əhmədov dünyanın Top 10 universiteti sırasında olan Kembric Universiteti (University of Cambridge) və İmperial Kollecində (Imperial College London) magistr təhsili almaq hüququ qazanaraq təhsillərini xaricdə davam etdirmək imkanı əldə ediblər.
Qeyd edək ki, yaxın günlərdə tələbələrlə bağlı yeni bir inkişaf proqramı elan olunacaq.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır